Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Audio kitabxananın feal dinleyicileri mükafatlandırılıb

12 Kasım 2016

8:36 am


12/11/2016 [12:35]: xeber –
Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio kitabxananın fəal dinləyicilərinin iştirakı ilə görüş keçirilib. “Şərq qapısı” qəzeti xəbər verir ki, tədbirdə 5 nəfər görmə məhdudiyyəti olan fəal dinləyiciyə hədiyyələr təqdim edilib.Qeyd edək ki, mərkəzin “258” nömrəli telefon xətti 24 saat ərzində görmə məhdudiyyəti olan şəxslərin xidmətindədir. Dinləyicilər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra “258” nömrəli xidmət xəttinə zəng etməklə audiokitabları dinləyə bilərlər.Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlər keçirilir, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir, habelə audio kitabxana xidməti göstərilir. Audio kitabxananın kataloqu daim yeni ədəbiyyatlarla dinləyicilərin müraciətinə əsasən zənginləşdirilir. Hazırda kitabxanada 1191 audiokitab mövcuddur və poeziya, xarici ədəbiyyat, audiotamaşa, folklor, milli musiqi və digərləri olmaqla, ümumilikdə, 17 bölmə üzrə 485 dinləyiciyə xidmət göstərilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler