Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ATV-nin keçmiş emekdaşı yeni televiziyanın xeber siması olacaq

29 Eylül 2016

1:56 pm


29/09/2016 [17:54]: xeber –
“ATVXƏBƏR”-in keçmiş əməkdaşı
Lamiyə Balacayeva “Butafm radio və televiziya” MMC-nin xəbər siması olacaq.

 

Lamiyə Balacayeva Bakı Dövlət
Universiteti “Jurnalistika” fakültəsinin məzunudur. 2012-2015-ci illərdə Azad
Azərbaycan Müstəqil Teleradio Yayim Kompaniyasında (ATV-də) xəbər-kriminal
müxbiri kimi çalışıb. Hazırda isə özünü yeni fəaliyyətə başlayan “Butafm”-də
xəbər aparıcısı kimi sınayacaq.

 

“Xəbər var” proqramı həftə içi 5 gün saat 12:00, 15:00
və 18:00 efirə çıxacaq.
“Xəbər var” proqramında  Azərbaycanda
və dünyada gün ərzində baş verən siyasi, sosial, iqtisadi, mədəniyyət,
şou-biznes, idman aləmində baş verən ən mühüm, son xəbərləri, o cümlədən hava
haqqında məlumatı əldə edəcəksiniz.

“Həftə sonu” proqramı isə hər həftənin
6-cı günü saat 18:00-da efirdə olacaq.

 
“Həftə sonu” proqramında  geridə qoyduğumuz həftədə baş verən ən mühüm xəbərləri
tamaşaçıların diqqətinə çatdıracaq, həftənin yekun hesabatı kimi yayımlanacaq.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler