Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ATV-nin aparıcısından AzTV-ye  – SÜRPRİZ 

04 Kasım 2016

9:20 am


04/11/2016 [13:17]: xeber –
 Xəbər verdiyimiz kimi, dünən, 3 noyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.sayt xəbər verir ki, AzTV-nin möhtəşəm yubiley tədbirində bir maraqlı, daha doğrusu indiyədək görünməmiş qeyri-adi hadisə baş verib. Belə ki, ATV adından AzTV-ni təbrik edən teleaparıcı Turan İbrahimov heç kimin gözləmədiyi sözlər səsləndirib. T.İbrahimov AzTV-nin yubiley tədbirində təmsil etdiyi ATV-ni tərifləyib:“Səhərdən Aztv-nin tarixindən danışdılar, təbrik etdilər. Mən təkrar etmək istəmirəm. Başqa bir istiqamətdən danışmaq istəyirəm. ATV yeganə kanaldır ki, Azərbaycan izləyicisini yerli kanallara baxmağa qaytardı, ATV yeganə kanaldır ki, xarici telekanalları izləyir və verlişlərini dünya praktikasına uyğunlaşdırır. ATV  yeganə kanaldır ki, dinləyiciyə doğruları çatdırır. ATV bu gün reytinqdə birinci yerdədir…”. Bu tipli ifadələr səsləndirən aparıcı yubileyini qeyd edən AzTV-nin deyil də, ATV-ni şəninə xeyli təriflər yağdırıb. ATV aparıcısının “təbrikindən” məyus olan AzTV işçiləri gur alqışlarla aparıcının sözünü kəsməyə çalışıblar. Ancaq Turan İbrahimov çıxışını sona qədər tamamlayıb. Təbrikini bu sözlərlə yekunlaşdırıb: “Mövzü ətrafında çox danışıb bəzinərini daha çox qıcıqlandıra bilərəm. Amma vaxtınızı almaq istəmirəm. Bayramımız mübarək!”Qeyd edək ki, AzTV-nin yubiley təbrikində ATV-nin simaları Ceyhun Səfərov və  Lalə Azərtaş da iştirak ediblər. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler