Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ATMU-de yeni ders ilinin başlanması ile elaqedar merasim keçirildi – Fotolar

15 Eylül 2016
3:12 pm


15/09/2016 [19:10]: xeber –
Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təntənəli mərasim keçirildi.Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Tədbiri universitetin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov açaraq 2016/2017-ci tədris ilinin başlanması münasibətilə müəllim-tələbə heyətini təbrik etdi. Bildirdi ki, Prezident İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. İldən-ilə tələbələr daha yüksək nəticələrlə bu təhsil ocağına qəbul olunurlar: “Bilik günü münasibətilə hər birinizi, tələbələri, ilk növbədə övladlarını ixtisaslı kadr kimi yetişdirmək missiyasını bizlərə etibar edən valideynləri təbrik edirəm. Ali məktəb seçimi hər bir gəncin həyatında mühüm qərarlardan biri olub, onların uğurlu peşə fəaliyyətinə keçiddə, bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnanıram ki, bu seçiminizdə yanılmayacaqsınız. ATMU 11 illik fəaliyyəti ərzində ölkəmizin ali təhsil ocaqları sırasında bir sıra ilklərə imza atıb. İndiyədək bakalavr pilləsini bitirən 1600 məzunumuzdan 106 nəfər magistr dərəcəsi, 151 nəfər isə ilk dəfə olaraq bakalavr və magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb”.Eldar Aslanov qeyd etdi ki, hazırda ATMU məzunları dünyanın, o cümlədən Azərbaycanın nüfuzlu hotel və turizm müəssisələrində məsul vəzifələrdə çalışırlar. Bu tədris ilində tələbələrdən 13 nəfər Türkiyədə, 1 nəfər Kiprdə, 30 nəfər İsraildə, 2 nəfər İspaniyada, 1 nəfər Rusiyada, 200-dən çox tələbə də ölkəmizdə istehsalat təcrübəsini uğurla başa vurub.Bildirildi ki, 2016/2017-ci tədris ilində ATMU-ya 13 ixtisas üzrə 454 tələbə qəbul olub. Onlardan 81 nəfəri dövlət sifarişi əsasında, 373 nəfəri isə ödənişli əsaslarla təhsilini davam etdirəcək. Beləliklə, ATMU-da bakalavr pilləsində 1744 nəfər, ikinci ali təhsildə 41 nəfər, magistratura pilləsində 134 nəfər, doktorantura pilləsində isə 59 nəfər təhsil alır.Eldar Aslanov tələbələrə savadlı və peşəkar kadr kimi yetişmək üçün tövsiyələr də verdi: “ATMU ailəsi olaraq bizim müqəddəs vəzifəmiz tələbələrə yüksək ali təhsil vermək, geniş dünyagörüşünə malik, layiqli mütəxəssis yetişdirməkdən ibarətdir. Tədris proqramını lazımi səviyyədə mənimsəmək, bir neçə xarici dil öyrənmək, təhsil və təcrübənin üstünlüklərindən səmərəli faydalanmaq, ölkə iqtisadiyyatının dinamik inkişafında yaxından iştirak etmək və universitetimizin şərəfini daim uca tutmaq siz tələbələrin dərslərə müntəzəm hazırlığından birbaşa asılıdır. Sizlərdən tələbimiz bundan ibarətdir ki, hər zaman öz üzərində çalışan, davamiyyətə əməl edən, ictimai tədbirlərdə fəallıq göstərən və fərqlənən, sevimli tələbələrimiz olasınız”.Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik etdi. Universitetdə artıq 11-ci tədris ilinə başlandığını qeyd edən nazir təhsilə dövlət qayğısından danışdı. Bildirdi ki, Prezident İlham Əliyev sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla da turizm sahəsində təhsilin daha da genişləndirilməsi və yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması işinə xüsusi diqqət yetirdiyi bir daha təsdiq olundu: “Prezident İlham Əliyev ölkəmizin təhsil sisteminin, onun maddi-texniki bazasının gücləndirilməsinə, bu sahədə beynəlxalq əlaqələrin formalaşmasına, yeni təhsil ocaqlarının yaranmasına hər zaman diqqət və qayğı göstərir. Ölkə rəhbərliyinin bilavasitə diqqət mərkəzində olan və böyük iqtisadi potensiala malik turizm sənayesinin inkişafı bu təhsil ocağında yetişən kadr potensialının hazırlıq səviyyəsindən asılıdır. Turizmin milli iqtisadiyyatımızın prioritet istiqaməti kimi müəyyənləşdirilməsi bu universitet üçün yeni imkan və perspektivlər açır. Ölkəmizdə turizm sahəsi üzrə ixtisaslaşmış yeganə ali məktəb olan Turizm və Menecment Universiteti qısa müddət ərzində bu sahədə qabaqcıl təhsil müəssisəsi olmaqla yanaşı, turizm sektorunda çalışan elm, təhsil və biznes dairələrinin nümayəndələrini özündə birləşdirə biləcək məkana çevrilib”.Bildirildi ki, bu gün turizm sənayesi bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilib. Buna görə də əhəmiyyətli coğrafi mövqeyə, iqlimə, təbiətə, zəngin tarixə, mədəniyyətə, o cümlədən mətbəxə sahib olan ölkəmizin turizm potensialını turistlərə layiqli səviyyədə təqdim etmək üçün yüksəkixtisaslı kadrlara ehtiyacı var: “Hər il ölkəmizdə yeni-yeni hotellər, turizm mərkəzləri açılır. Həmin müəssisələrə yüksəkixtisaslı kadrların hazırlanması üçün yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin böyük gələcəyi olduğunu bir daha göstərir. Bu məsuliyyətli vəzifəni ölkəmizdə artıq 11 ildir ki, ATMU öz üzərinə götürüb. Qısa müddət olmasına baxmayaraq, bu ali məktəb üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdədir. İndi bu təhsil ocağını bitirən tələbələr nəinki Azərbaycanda, eyni zamanda bir çox xarici ölkələrin turizm sənayesində çalışırlar”.Nazir vurğuladı ki, hal-hazırda Azərbaycanın turizm sektorunda 50 min nəfərdən artıq insan çalışır, ölkə üzrə ümumi daxili məhsulun 4,5 faizə qədəri turizm sənayesinin payına düşür: “Bu, başlanğıcdır və Azərbaycanda turizm sənayesinin böyük gələcəyi var”.Sonda ATMU-nun müəllim-tələbə heyətini əlamətdar gün münasibətilə bir daha təbrik edən Əbülfəs Qarayev bu çətin və şərəfli işlərində onlara yeni-yeni uğurlar arzuladı, universitetə yüksək balla qəbul olan tələbələrə tələbə biletlərini təqdim etdi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler