Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Atatürkün heykellerinin tehqir edilmesinin bir adı var: şerefsizlik!”

19 Temmuz 2016

11:36 am


19/07/2016 [15:34]: xeber –
Türkiyədə hərbi çevriliş
cəhdindən sonra Atatürkün heykəllərinə kütləvi hücumların təşkili, heykəllərinin
ayaq altına salınaraq təhqir edilməsi 
müşahidə edilməkdədir.

Maraqlıdır, Atatürkün
heykəllərinə kütləvi hücum, Atatürkçkü ideyalardan imtina Türkiyəyə nə vəd
edir? Çağdaş Türkiyənin öz qurucusuna bu şəkildə minnətdarolması nə dərəcədə
doğrudur?

sayt-a açıqlama
verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış
tarixçi-pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimli baş verənləri
şərəfsizlik kimi xarakterizə edib:

“Buna bir ad vermək olar: şərəfsizlik. Bu vandallar bununla da Türkiyə
dövlətçiliyini ayaqlar altına atırlar. Bu cahil “dinçilər” bütün Türk
dünyasına ləkədirlər! Türkiyənin adını biabır etdilər. Bunlar qanmırlar ki, biz
Türkiyəni türklüyə görə sevirik. Bunlar qanmırlar ki, Türkiyənin bu günü üçün
Atatürkə minnətdar olmalıdırlar! Bunlar Türkiyəni Səudiyyə Ərəbistanı, İran
kimi dövlətə çevirirlər. Bi xəstə təxəyüllü adamlar xarici kəşfiyyatların əlində
oyuncağa çevriliblər. Onların dindən xəbərləri yoxdur. Bunlar fanat
insanlardır. Atatürkə qarşı atılan bu addımları bütün Türk dünyası pisləməli və
etirazını bildirməlidir.

Onsuz da AKP iqtidara gələndən
sonra bu hallar baş verirdi. Amma indi bu hallar daha da dərinləşdi və bu cür vəhşi
hərəkətlərə yol verdilər. Bunlara sözüm odur ki, siz heykəli təhqir edə bilərsiniz.
Amma Atatürkün sevgisini qəlblərdən çıxara bilməzsiniz! Ona dünyanın bütün
türklərinin sevgisi vardır. Siz kimsiniz? Tarixdə necə qalacaqsınız? Bax, bu
cür vandal hərəkətlərlə… Hesab edirəm ki, bu cür hərəkətlərə görə birbaşa AKP
iqtidarı məsuliyyət daşıyır. Onlara qarşı loyal münasibət buna AKP tərəfindən
strat verildiyini göstərir. Biz türklər
bu addıma qarşı səsimizi ucaltmalıyıq. Buna qarşı geniş kampaniya keçirilməlidir”.

 

Seymur Əliyev




Xəbərə 1 şərh yazılıb.

  1. Abbas, 19 Temmuz 2016:

    Bu tarixci pedaqoq hələdə bilmirki, cahil insan İSLAM dinindən kənar olan şəxslərə deyilir. İslam dini cahiliyədən uzaq bir dindir və sən özün cahil bir insansan olaraq adını dindar müsəlmanlara qoyursan. Biz sənə şərəfsiz demirik ancaq necə şərəfli olub olmadığını sən özün bəyan eylədin. Bir neçə insanın elədiyini bütün bir müsəlman dindar Türk xalqının üstünə yıxmaq ən azından şərəfsizlikdir və sənin şərəfsiz dediyin dinci Türklər hal hazır ki, Türkiyə dövləti vətəndaşlarının yüzdə 70 ni əhatə edir və yüzdə 25 i də Atatürkcü kəsimdir. Atatürk özüdə özü yazdığı kitabda İslam dininə və onun peyğəmbərinə düşmən olduğunu deyirki, onu dəstəkliyən sənin kimi şərəfli insanlar da islamın və onun Peyğəmbərinin düşmənidir

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler