Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Atatürk”ü qana boyayan Çatayev kimdir?

01 Temmuz 2016

8:08 am


01/07/2016 [12:06]: xeber –
Rusiya mətbuatı İstanbulun Atatürk Hava Limanında 44 adamın ölümü ilə nəticələnən terror hücumu ilə bağlı sensasion məlumat yayıb. Terror hücumunu təşkil edənlərdən biri, Dağıstan əsilli Rusiya vətəndaşı Əhməd Çatayev bu vaxta qədər dörd müxtəlif ölkədə nəzarətə alınıb, daha sonra isə sərbəst buraxılıb. Ayrıca Çatayev Rusiya xüsusi xidmət orqanları tərəfindən axtarışda olub. Çatayev 2003-ci ildə Avstriyaya gedərək siyasi sığınacaq tələb edib. 2008-ci ildə İsveçin Trelleborq limanından ölkəyə girməyə çalışarkən saxlanılıb. Bir müddət sonra isə avtomobilində Kalaşnikov avtomatı və  xeyli partlayıcı maddə ilə həbs olunub. İsveçdə bir illik həbsdən sonra sərbəst buraxılan Çatayev daha sonra Ukraynaya gedib. Bu ölkədə də təkrar nəzarətə alınan Dağıstan əsilli döyüşçü haqqında Rusiyaya deportasiya etmək qərarı verilib. Lakin Ukrayna insan hüquqları təşkilatları qərara etiraz edərək terrorçunun vətəninə deportasiya edilməsinə imkan verməyib. Daha sonra Avstriyaya göndərilən Çatayev Bolqarıstan-Türkiyə sərhədini qeyri-qanuni yolla keçərkən nəzarətə alınıb. Çatayev 2012-ci ildə Gürcüstanın Lopota vilayətində yaranan qarşıdurmadan sonra həbs olunub. 2012-ci ildə Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət onu siyasi məhbus hesab etdiyi üçün azadlğa buraxıb. “Kommersant” qəzetinin xəbərinə görə, Gürcüstanda yaşanan qarşıdurmada bir qolunu itirən Çatayev “tək qollu” mənasını verən “Odnoruki” ləqəbi ilə tanınırmış. O, Şimali Qafqazda İŞİD üçün döyüşçü də toplayıb. Hətta Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulovanın İŞİD-ə qoşulmasında da Çatayevin vasitəçilik etdiyi təxmin edilir. Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb. Türkiyə hökuməti Atatürk aeroportuna hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.(Axar.az )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler