Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Atatürkle kral oğlunun imzaladığı – Gizli saziş

04 Ağustos 2016

6:56 am


04/08/2016 [10:55]: xeber –
Mustafa Kamal Atatürk müsəlman dövlətlərə və Türk İslam Birliyinin qurulmasına çox önəm verib. O, belə bir birliyin qurulması üçün önəmli addımlar atıb. Atatürk ayrı-ayrı vaxtlarda yayımladığı bəyannamələrində bütün islam dünyasına xitab edərək, birləşmənin mütləqliyini bildirib və ingilislərin islami birliyi pozmağa, xalqı hökuməti və şeyxülislamı milli mübarizə əleyhinə çevirməyə çalışdığını göstərib.  Səudiyyə Ərəbistanının kralı Əbdüləziz İbn Səudun oğlu Əmir Faysal və Mustafa Kamal tərəfindən imzalanan türk və ərəb hökuməti arasındakı gizli sazişdən bəzi maddələri təqdim edirik: Maddə 1. Razılaşmada iştirak edən tərəflər – türk milləti və möhtərəm ərəb milləti bu an islam dünyasındakı parçalanmanı təəssüflə görür, bu parçalanmanı yox eləməyi özlərinə müqəddəs bir vəzifə hesab edirlər. Bir-birinə dini, əxlaqi və ictimai cəhətdən bağlı iki millətin əməkdaşlıq etməsini təmin edirlər. İki millət qarşılıqlı olaraq köməkləşməli, güclərini birləşdirərək dini və torpağı müdafiə etməlidirlər. Maddə 2. İndi ərəblərin müstəqilliyi, türklərin hürriyyəti və vəhdəti təhlükədədir. Xarici qüvvələr öz aralarında İraqı, Fələstini, Suriya və ətrafını, Anadolunun önəmli qismini bölüşmək istəyirlər. Paris Sülh Konfransının bizim haqqımızda bir qərar verməsinin ertəsi günü dini və torpağı müdafiə etmək üçün cihad elan etmiş olacağıq. Bu hədəfimizə çatmaq üçün razılaşmada iştirak edən tərəflər aşağıdakı maddələr mövzusunda həmfikirdirlər. Maddə 3. Tərəflər türk və ərəb imperatorluğunun bölünməsi və əcnəbi qüvvələr tərəfindən işğal edilməsini qəbul eləməzlər. Maddə 6. Cihada başlamaq və türklərin birliyini təmin etmək üçün Şərif həzrətləri bütün ərəb ölkələrində məsləhətə uyğun bir dillə xarici qüvvələrin islam torpaqlarına düşmən kimi davranışlarını göstərən bir fərman yayımlayacaq. Cihadı başlatmaq üçün Şərif ərəb qəbilələrinin bütün liderlərini və şeyxlərini bir yerə toplayaraq müqavilə və əhdlər imzalayacaq. Şərif bir işarə ilə dərhal cihadda iştirak eləməyə hazır olacaq şəkildə Anadoludakı milli birliklərə bənzər milli ordular quracaqdır.   Maddə 7. Şərif bu mətnin əslini yalnız Hicaz ərəblərinə və qəbilə liderlərinə bildirməyəcək, eyni zamanda, İmam Yəhyaya, Said İdrisə, Trablus, Əlcəzayir, Fas, Binqazi, Tunus və Hindistan müsəlmanlarına xəbər verəcək, həmçinin onların da hərəkata qoşulması üçün əlindən gələni əsirgəməyəcək. Şərif bu hədəfə çatmaq üçün bütün lazımi tədbirləri görməyə söz verir. Digər tərəfdən, 1 mart 1921-ci ildə Türkiyə ilə Əfqanıstan arasında müqavilə imzalanıb. Müqavilənin mətninə görə, müstəqil Türkiyə Əfqanıstanın müstəqilliyini tanıyıb. Tərəflər bütün Şərq millətlərinin, xüsusilə də Hivə və Buxara xalqının azad və müstəqilliyini qəbul edib, hansısa imperialist hücum edərsə, hücumu tərəflər şəxsən özlərinə edilmiş kimi qəbul eləməyi və bütün gücü ilə qarşı çıxmağı üzərinə götürüb; tərəflər düşmən dövlətlə müqavilə imzalamamağı və başqa dövlətlərlə əhdləşməzdən əvvəl digər tərəfə məlumat verməyi öhdəliyinə götürüb. 10 yanvar 1922-ci ildə əfqan bayrağının Ankaradakı səfirlik binası üzərinə qaldırıldığı tədbirdə Atatürk Türkiyə ilə Əfqanıstan arasında olduğu kimi, Türkiyə ilə bütün islam dünyası arasında da güclü əlaqələrin olduğunu, hər iki ölkənin ortaq əməkdaşlığının, dünya siyasətində bir tarazlıq yaratması cəhətdən mühümlüyünü bildirib və aşağıdakı fikri əlavə edib: “Hər islam dövlətini Əfqanıstan kimi azad və müstəqil görməkdən qürur duyuruq. Şərqdə təzyiq altında yaşayanlar Türkiyə və Əfqanıstan arasındakı ittifaqdan sevinc hissi keçirirlər”.        Atatürk nə etmək istədiyini dilə gətirdiyi arzusunda da bəyan edib. “Türk birliyini görmək istəyirəm”, – deyən Atatürk NATO kimi çox böyük birlik yaratmaq istəyib.(Axar.az) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler