Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Atatürkçü generalların qayıtması Türkiye ordusuna yeni abu-hava getirecek” — Herbi ekspert

23 Temmuz 2016

4:00 pm


23/07/2016 [19:57]: xeber –
Türkiyədə həbs edilmiş 1200 türk əsgəri azad olundu, Atatürkçü generallar yenidən xidmətə başladı.Türkiyədə “Balyoz” əməliyyatı zamanı həbs olunan, vətən xainliyində ittiham edilən yüksək rütbəli hərbçilər yenidən orduya geri çağırılıblar.Hərbi çevrilişə cəhdlə bağlı həbs edilmiş 1200 əsgər azadlığa buraxılıb. Ankara dövlət prokuroru Harun Kodalak qərarı əsgərlərin çevriliş cəhdindən xəbərsiz olmaları ilə əlaqələndirib.Türkiyə ordusunda baş verənlərlə bağlı hərbi ekspert Üzeyir Cəfərov ölkə.az-a açıqlama verib:”Türkiyədə 15 iyul hadisələri zamanı tələskənliyə yol verildi. Qısa bir müddətdə çox insan həbs edildi. Ətraflı araşdırma olandan sonra yəqin ki, xeyli sayda hərbçilər azad ediləcək.Atatürkçü hərbçilərin geri çağırılması yaxşı bir haldır. Peşəkarlar daim iş başında olmalıdırlar. Türkiyədə oturuşmuş bir sistem mövcuddur. İnsanlar peşəkarlığına görə qiymətləndirilirlər. Ordudan uzaqlaşdırılmış zabitlərin xidmətə qaytarılmasının tərəfdarıyam. Ona görə ki, çoxlu sayda peşəkar zabitlər həbs ediliblər. Onlarını yerini doldurmaq lazımdır.Atatürkçü generalların yenidən Türkiyə ordusuna qayıtması Türkiyə ordusuna yeni abu-hava gətirəcək. Həbsdə olan generalların bir hissəsi də yenidən xidmətə qayıdacaqlar.Son hadisələr tezliklə unudulacaq. Düzdür, acı xatirələri qalacaq, ancaq peşəkarlıq nöqteyi nəzərdən Türkiyə ordusu yenidən özünə gələcək. Türkiyə ordusu həm terroristlərə qarşı, həm də Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşəcək”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler