Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Atatürk” yene qana boyandı: çoxlu sayda yaralı var – YENİLƏNİB

28 Haziran 2016

8:04 pm


28/06/2016 [23:59]: xeber –
 İstanbulun “Atatürk” beynəlxalq hava limanında güclü partlayış baş verib. APA-nın xəbərinə görə, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.  Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır. Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.   Hadisənin terror aktı olduğu bildirilir. Partlayışdan sonra hadisə yerində terrorçuya məxsus “Kalaşnikov” markalı avtomat aşkar olunub.  Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.    




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler