Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Atatürk kitabı eline alıb, hirsle iki hisseye bölür…

30 Temmuz 2016

8:32 am


30/07/2016 [12:31]: xeber –

Maraqlı
insanların həyatı da maraqlı olur. Maraqlı həyat yaşamağın isə
başqa ləzzəti var. Bəlkə də uzunömürlülüyün səbəblərindən biri də elə həyatın
maraqlı olmasındadır. Həyatını
maraqlı yaşayan insanlardan biri də 95 yaşlı professor İlhan Başgözdür. Uzun
illər İndiana universitetinin türkologiya fakultəsinə rəhbərlik etmiş İlhan Başgöz
hazırda İndiana ştatının Bluminqton şəhərində yaşayır.

sayt
professorun Mustafa Kamal Atatürklə bağlı kiçik bir xatirəsini təqdim edir.

İlhan Başgöz
danışır ki, orta məktəbdə oxuyurmuş, cumhur başqanı Mustafa Kamal Atatürk nə
üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinifin həndəsə
dərsində iştirak edir. Ev tapşırığını danışan şagirdlərdən biri yazı
lövhəsində misalı həll edərkən rəqəmlərin altında bəndləri bildirən alfa,
betta, qamma hərflərini yazanda Atatürk şagirddən soruşur, türk dilində kifayət
qədər hərflər olduğu halda, sən niyə yunan hərflərindən istifadə edirsən?
Şagird çəkinə-çəkinə, müəllimimiz belə öyrədib, söyləyir. Atatürk ayağa qalxıb
lövhəyə yaxınlaşır, yunan hərflərini pozub, yerinə a, b, c hərflərini yazır. Həndəsə
müəllimi həm də məktəbin direktoru imiş. Atatürk ondan niyə yabançı hərflərdən
istifadə etdiyinin səbəbini soruşur. O isə təlaşla, Paşam, dövlətimizin bizə
verdiyi kitabda belə yazılıb, deyir. Atatürk kitabı əlinə alıb vərəqləyir və əsəbi
halda ikiyə bölüb masanın üstünə tullayır. Bu hadisədən bir qədər sonra ölkədə
həndəsə dərsliyi yenisi ilə əvəzlənir…”

Qeyd edək ki,
professor İlhan Başgöz  ABŞ-da Bəxtiyar
Vahabzadənin şeirlərini, eləcə də Azərbaycan dastanlarını ingiliscə, Molla Nəsrəddinin
lətifələrini isə həm ingilis və həm də fransız dillərində kitab halında nəşr
etdirib.

Bəxtiyar Vahabzadənin
Şəkidəki evində iyirmi gün qonaq olan, Cavad Heyətin, məşhur kardeoloq Şapur Ənsarinin
yaxın dostu olmuş professor İlhan Başgöz haqqında tezliklə geniş yazını oxumaq
imkanınız olacaq.

 

Elman
Eldaroğlu,

ABŞ, İndiana
ştatı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler