Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Atatürk hava limanında terror aktını teşkilatçısı kim olub- FOTO

02 Temmuz 2016

12:36 pm


02/07/2016 [16:34]: xeber –
İstanbul Atatürk hava limanında terror aktını təşkilatçısı Əhməd Çatayev kim olub.“Tek qol” ləqəbi ilə tanınan Ə.Çatayevin adı bundan öncə Ankradakı terror hadisələrində də adı gündəmə gəlib. Çeçenəsilli Çatayev BMT Təhlükəsizlik Şurasının siyahısında yer alır və o 130 İŞİD terrorçusunun məsulu kimi tanınır. Əhməd Çatayev Şamil Basayevlə eyni kənddən olub. Yəni Əhməd Çatayev əslən Çeçenistanın Vedeno kəndindəndir. O həyatı boyu radikal dini qruplaşmlarda  olub. 2000-ci illərin əvvəlində Rusiyada həbsdə olarkən onun qolu qanqrena olub və nəticədə qolunun biri kəsilib və elə orada  “Tək qol” ləğəbini qazanıb.2003-cü ildə həbsdən qaçmağı bacaran Çatayev Rusiyadan qaşıb Avstryada sığınacaq alıb.2012-ci ildə gürcü xüsusi təyinatlıları ilə Dağıstan sərhəddində atışma nəticəsində yaralananlardan biri Çatayev olub. Əgər  Rusiyada həbsdə olarkən qolunu itirmişdisə, gürcülərlə atışmadan sonra ayağının birini  itirməli olur. Gürcülər Çatayevi həbs etsələr də sonradan onu sərbəst buraxıblar.Ruslar Çatayevi Doku Umarovun rəhbərlik etdiyi sələfilərin Qafqaz əmirliyi dəstəsinin üzvlərindən bir hesab edir. Avstryada sığınacaq alan  Çatayev Qafqaz əmirliyinin Avropa bölməsini yaradır.  Doku Umarov öldürüldükdən sonra Çatayev 2014-cü ildə İŞİD-ə qoşulur və Suriyaya gedir. Qısa zaman ərzində burada yeksək məqam qazanır və o İŞİD cərgələrində Əhməd Əl-Şişanı ləqəbini alır.Hətta onun Suriyada bir sıra əməliyyatlarda iştirak etdiyi bildirilir.Çatayev 2011-ci iləd Bolqarıstanda həbs edilsə də Avstryada sığınacaq aldığından onu sərbəst buraxıarlar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler