Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ataşovanın ABŞ-da telebe adını qazanması ANS rehberliyini çetin veziyyete saldı

13 Temmuz 2016

12:48 pm


13/07/2016 [16:46]: xeber –
Tanınmış telejurnalist, ANS-in ABŞ bürosunun rəhbəri  Qənirə Ataşovadan təzə xəbər var.Belə ki o, bu günlərdə ABŞ-ın nüfuzlu universitetlərindən birinə daxil olub. Bu isə istər-istəməz onu söyləməyə əsas var ki, bu yay ANS rəhbərliyi üçün hər mənada ən isti yay olacaq. Çünki telekanalın kulislərində hazırda yalnız bu xəbər müzakirə mövzusudur-xanım Ataşovanın ABŞ-da təhsilini davam etditmək məqsədi ilə nüfuzlu universitetlərdən birinin tələbəsi adını qazanması. Məlumatlara görə, ABŞ prezidentindən ilk müsahibə almağa müvəffəq olmuş Q. Ataşova siyasətin idarəolunması üzrə fakültəyə daxil olub. Avqust ayında isə Q. Ataşova ilə ANS arasında büroya dair bağlanmış müqavilənin  vaxtı bitir. Və bu tələbə görə, xanım həmkarımız geriyə-vətənə dönməlidir. Lakin ortaya çıxan təhsil məsələsi son dövrlər daha da məşhurlaşan telejurnalistin vətənə dönmək qərarına təsir edəcək. Bu məsələ ilə bağlı Q. Ataşovanın özünün mövqeyini öyrənməyimiz isə mümkün olmayıb. Bununla belə, əldə etdiyimiz məlumata görə, ANS-in ulduzu seçim qarşısında qalarsa, təhsilə üstünlük verəcək və o,  bunu qalmaqalsız, sakit formada etmək niyyətindədir.(Gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler