Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Atasını öldüren oğlan vehhabi imiş – “Qetl emrini imamından alıb”

23 Ağustos 2016

12:28 pm


23/08/2016 [16:24]: xeber –
Yardımlı rayonunda oğulun atasını öldürməsi məsələsiylə bağlı dəhşətli faktlar ortaya çıxıb.Kənd sakinlərindən  verilən məlumata görə, atasıyla həmişə mehriban münasibətdə olan oğulun birdən-birə düşmənə çevrilməsi, nəticədə də onu öldürməsi dini inancları arasındakı ziddiyyətlə bağlı olub. Belə ki, Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi olan Qaçay Nadir oğlu Şahverənov vəhhabilərə qoşulubmuş. O, Qubada təhsil alsa da, tez-tez Bakının vəhhabilərin daha çox məskunlaşdığı “Razin” qəsəbəsinə gedirmiş, orada təşkil olunan məclislərə qatılırmış. Kənd sakinləri deyir ki, qatı şiə olan ailədə Qaçayın dini baxışları ciddi problemə səbəb olub. Onun saqqal saxlaması, şalvarlarının ətəyini qısa kəsdirməsi isə bu problemi bir qədər də dərinləşdirib. Məzuniyyətə kəndə gələn tələbə ilə atasının bir neçə dəfə ciddi mübahisələrinin olduğu da bildirilir. Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra – hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb. Məlumatlı şəxslər deyib ki, onun atasını öldürməsi qərarına gəlməsi şəxsi fikri olmayıb: “Öz imamı ilə danışıb, atasının ona dediklərini, vəhhabiliyə qarşı çox radikal davrandığını bildirib. Bundan sonra o əmr edib ki, atasını öldürsün”.  İddia olunur ki, belə bir əmri alandan sonra Qaçay hazırlıqlara başlayıb, tüfəng əldə edib və onu həyətlərindəki tövlədə gizlədib. Həmin gün qətlə yetirilən Nadir Şahverənov evdə olmayıb, səhər tezdən rayon mərkəzinə gedib. Buna görə də oğul atasını axşama kimi gözləməli olub. Axşam üstü, təxminən 17 rədələrində evinə qayıdan Nadir həyətə daxil olanda arxadan, kürəyindən oğlu tərəfindən vurulub. Oğul hadisəni törədəndən sonra özü polisə zəng edərək təslim olub. Polisdən verilən məlumata görə, o öz izahatında atasını öldürdüyünə görə heç bir peşmanlıq keçirmədiyini bildirib.(AzNews.az)  *** Kənd sakinlərinin verdiyi məlumata görə, ata ilə oğlu arasında əvvəllər də mübahisələr olub. Sakinlərin sözlərinə görə, Qaçay 9-cu sinifdən kənd orta məktəbindən çıxıb, təhsilini Bakıda kollecdə davam etdirirmiş. Lakin oxumaq istəmədiyindən ailədə tez-tez mübahisələr olub. “Ailədə 4 qardaş 1 bacıdırlar. Atası Qaçayın oxumağını istəyirdi, o isə dəfələrlə kollecdən qaçıb evlərinə gəlirdi, oxumaq istəmədiyini deyirdi. Bu məsələ üstündə ailələrində mübahisələr olurdu. Deyilənə görə, Qaçay son vaxtlar hansısa dini qruplara qoşulub. Oxumaq istəməməsinin də səbəbi bununla bağlıdır. Atası onu həmin qruplardan ayırmaq, oxutmaq istəsə də, Qaçay buna etiraz edirmiş. Ancaq o, ilkin ifadəsində atasının anasını, bacısını və qardaşının yoldaşını incitdiyini, ona görə də onu öldürdüyünü deyib”. Sakinlər bildirir ki, hadisə baş verər  vaxt evdə ata və oğuldan başqa heç kim olmayıb. Qaçay ov tüfəngini hazırlayıb və atası işdən gələndə pilləkəni qalxarkən onu vurub. Silah səsinə anası gəlib. Rayon Prokurorluğundan Publika.az-a bildirdilər ki, Q.Şahverdiyevin atasını öldürmə səbəbi aralarındakı mübahisələr olub: “Atası anası və bacısını döyüb-incidirmiş. Onun bu hərəkətlərindən bezdiyinə görə atasını öldürmək qərarına gəlib”. Prokurorluqdan Q.Şahverdiyevin dini qruplara qoşulması ilə bağlı məlumatlar təkzib edilib.( Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler