Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Atası komada olan jurnalist: “Ne bizde imkan qalıb, ne de üz tuta bileceyimiz ünvan var…”

17 Ekim 2016

9:20 am


17/10/2016 [13:19]: xeber –

Tanınmış
jurnalist İmdad Əlizadənin atası artıq 9-cu aydır  ki, komadadır. Vaxtilə 54 gün erməni mühasirəsində
qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı
uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzür mərasiminə gedərkən
ağır qəzaya düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu
avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev artıq
 9 aydır ki, ağır durumdadır.

 sayt
saytına açıqlama verən jurnalist İmdad Əlizadə atasının səhhətində heç bir irəliləyişin
olmadığını qeyd edib:

“Atam
sentyabrın 17-də Bakıdakı “Avrasiya” xəstəxanasında beyin əməliyyatı
olunub. Həkim demişdi ki, əməliyyatın atamın durumuna necə təsir etdiyi 4-5 günə
bilinəcək. Həmin müddət keçdi, amma atamın durumunda bir dəyişiklik olmadı. Əməliyyatdan
sonra güclü təsirə malik dərmanlarla müalicə kursu başlayıb və indi də davam
edir. Həkimin təyin etdiyi dərmanlardan birini Azərbaycanda tapa bilmədik,
Türkiyədən gətirdik. Amma bu müalicə kursu da hələlik nəticə vermir, atam hələ
də komadadı”.

 İmdad
Əlizadənin sözlərinə görə, həm onların ailəsinin, həm də həkim kollektivinin
gözləməldən başqa çarələri yoxdur. Buna baxmayaraq, çarəsiz duruma təslim
olmayıb ümidlə nəticəni gözləyirlər:

“Həkimlər
gözləməyi məsləhət görürlər. Onsuz da nə bizim, nə də həkimlərin gözləməkdən
başqa yolumuz yoxdu. Çarəsiz vəziyyətdə, amma ümidlə gözləyirik. Atamın komada
olmasından 8 ay ötüb, artıq doqquzuncu aydır. Bu müddətdə bir dəyişiklik olmasa
da, biz ümidimizi itirmirik”.

 Lakin
bunun da çox çətin tərəfləri var ki, İmdad Əlizadə də o haqda ətraflı danışıb:

 “Təbii ki,
gün keçdikcə vəziyyət çətinləşir. 9 ay özəl xəstəxanada xəstə saxlamaq asan
deyil. Bu bir məcburi köçkün ailəsi üçün isə əlçatmazdı. Sağ olsun, dostlar,
yaxınlar, xeyirxah insanlar bu müddətdə bizə dəstək olublar. Amma indi nə
özümüzdə imkan qalıb, nə də üz tuta biləcəyimiz bir şəxs, ünvan var. Atamın
durumu isə onu xəstəxanadan çıxarmağa imkan vermir. Çünki atam bu gün də xəstəxananın
reanimasiya şöbəsində müalicə olunur. Reanimasiyada müalicə olunan xəstəni evə
necə aparmaq olar? Bu xəstəni ölümə aparmaq kimi bir şeydi.

Bizim
yaşadığımız uşaq bağçasında olan durum, vəziyyət isə ora xəstə aparmağa imkan
vermir. Bütün bunlara görə, çox çətin və çıxılmaz durumdayıq”.

Elmin Nuri

 

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler