Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Atası komada olan jurnalist: “Çetin ve çıxılmaz durumdayıq”

15 Ağustos 2016

8:40 am


15/08/2016 [12:38]: xeber –
Tanınmış jurnalist İmdad Əlizadənin atası artıq 6 aydır ki, Mərkəzi Kliniki xəstəxanada komadadır. Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev artıq  6 aydır ki, ağır durumdadır.sayt saytına açıqlama verən jurnalist İmdad Əlizadə atasının səhhətində heç bir irəliləyişin olmadığını qeyd edib:“Atamı avtomobil vurduğu gündən həkimlər deyirdilər ki, vəziyyəti ağırdı. Atam çox ağır xəsarət alıb və həkimlər atama ən ağır kəllə-beyin travması diaqnozu qoyublar. Bunu yalnız bir həkim demir, indiyə qədər müraciət etdiyim, atamı müayinədən keçirmiş 20-dən artıq həkimin hamısı eyni fikirləri söyləyirlər. O cümlədən, Almaniya, Türkiyə, Rusiya müraciət etdiyimiz həkimlər də deyirlər ki, atam çox ağır xəsarət alıb. Hadisənin baş verməsindən ötən 6 ay ərzində heç bir irəliləyişin olmaması da həkimlərin dediklərini təsdiqləmiş oldu.Təxminən 4 ay öncə Türkiyədən həkim gətirdik, atamı müayinə etdi və vəziyyətinin ağır olduğunu dedi.Atamı maşın vurmasından yarım il ötür və bu gün də həkimlər vəziyyətinin ağır olduğunu deyirlər”.Jurnalistin ailəsinin üzləşdiyi başqa bir problem isə məsələnin maddiyyat tərəfidir. Qeyd edək ki, Mərkəzi Kliniki Xəstəxana paytaxtın ən bahalı müalicə məkanlarından biri hesab edilir. Odur ki, jurnalist məsələnin mənəvi ağırlığı ilə bərabər, maddi çətinliyinin olduğunu da vurğulayır:“Atam indi də Mərkəzi Klinik xəstəxanada müalicə olunur. Bu da çox böyük pul tələb edir. Çünki ora özəl xəstəxanadı. Mərkəzi Klinik Xəstəxana rəhbərliyinin bizə mümkün olan güzəşti etməsinə baxmayaraq müalicə xərclərini ödəməkdə ciddi çətinliklərimiz var. İndiyə qədər dostlar müalicə xərclərinin ödəməkdə ailəmizə dəstək olublar. Bu işdə bizə dəstək olan hər bir insana ayrı-ayrılıqda təşəkkür edirəm”.Atasını vurub bu vəziyyətə salan səbəbkar isə laqeydilik göstərir. Jurnalistin sözlərinə görə, sürücü ağır durumun əsas səbəbkarı olsa da, müalicə xərclərinin ödənməsində kömək göstərmir:“Atamı vurub bu vəziyyətə salan sürücü əvvəlki kimi yenə laqeydlik edir, müalicə xərclərinin ödənməsində bizə kömək göstərmir. Mən bu məsələni sürücü Seymur Qarayevin işlədiyi “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin nümayəndəsi ilə müzakirə etdim. Ondan xahiş etdim ki, əməkdaşları olan sürücü Seymur Qarayevi çağırıb danışsınlar, vurub komaya saldığı xəstənin müalicəsinə kömək göstərməsi üçün ona təsir etsinlər. Bu danışıqdan sonra Seymur xəstəxanaya cüzi bir məbləğdə pul ödəyib. Ümumilikdə, onun ödədiyi vəsait müalicə xərclərinin 5-6 faizini təşkil edir. Bizə ağır gələn işlərdən biri də sürücünün davranışıdır.Biz ya atamın xəstəxanada müalicəsini davam etdirməsi üçün pul tapmalıyıq, ya da evə aparıb oturub ölümü gözləməliyik. Bu qədər çətin və çıxılmaz durumdayıq”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler