Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Atambayev: “Erdogana minnetdaram, ancaq…”

01 Aralık 2016

1:08 pm

– xeber –
Qırğızıstan Prezidenti Almazbek Atambayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yardımlarından dolayı təşəkkür edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Atambayev FETÖ lideri Fətullah Güləni tanımadığını, lakin buna baxmayaraq, onun məktəblərinin də bağlanmayacağını deyib:
“Mən Güləni tanımıram. Ancaq “Sebat” məktəblərini Türkiyə və Qırğızıstanda çevriliş hazırlayan siyasi bir təşkilatla qarışdırmaq axmaqlıq olar. Biz “Sebat”ın nə iş gördüyündən xəbərdarıq. Amma təbii ki, yenə də qurumda bəzi dəyişikliklər edilməsi barədə göstəriş verdim. Nəzarəti artıracağıq”.
Atambayev “Türkcə danışan dövlətlər arasında keçiriləcək zirvənin təxirə salınması Ərdoğanla münasibətlərin pisləşməsinə görə baş veribmi”, – sualına isə belə cavab verib:
“Ərdoğana təşəkkür edirəm. Türkiyə 50 milyon dollarlıq borcumuzu silib. Bişkekdə Türkiyə xəstəxanası inşa edilir. Bəhs etdiyiniz zirvə gələn ilin martında, ya da apreldə baş tutacaq. Ərdoğan və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə bu mövzuda danışmışam”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler