Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Atam onun üzerine gelenleri indi haqq dünyasında gözleyir”

10 Temmuz 2016

5:28 pm


10/07/2016 [21:24]: xeber –
Bu gün Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin anadan olduğu gündən 86 il ötür. 86 il bundan əvvəl Cəbrayıl rayonunda anadan olan Sabir Əhmədli Azərbaycan nəsri tarixində ən çox roman yazan yazıçıdır. (Burada söhbət təbii ki, ciddi ədəbi nümunələrdən gedir). O, 1984-cü ildə əməkdar incəsənət xadimi, 1992-ci ildə Xalq yazıçısı fəxri adlarına layiq görülüb. 2009-cu il aprelin 17-də vəfat edib. Binəqədi qəbiristanlığında dəfn edilib. Yazıçı ömrünü bədii yaradıcılıqla bərabər, həm də “Ədəbiyyat qəzeti”nə həsr edib. Özü demişkən, qırxdan bir əskik-39 il orada çalışıb və uzun müddət də qəzetin baş redaktoru olub. Ağır vaxtlarda qəzeti öz çiyinləri üzərində saxlayıb. Bir növ onu ölməyə qoymayıb. Lakin vəziyyət düzələndən sonra təəssüf ki, Sabir Əhmədlinin bu zəhmətinə o qədər də yaxşı qiymət verilməyib. Sabir Əhmədli yazıçını yoran, yaradıcılığına xələl gətirən, mənasız iclaslardan bezərək özü oranı tərk edib.sayt yazıçının oğlu Etibar Əhmədovla müsahibəyə elə bu məqama toxunaraq başlayır:-“Ədəbiyyat qəzeti”ndə neçə il çalışdı? O qəzetin uğurlarında Sabir Əhmədlinin, onun yazı masasının rolu nə qədərdir?-Seyran Səxavətin “Qaçhaqaç” romanında atamın iş rejimi çox yaxşı əks olunub. Roman avtobioqrafikdir. Orada Seyran müəllim yazır ki, Yazıçılar İttifaqında makinaçılara yazı vermək üçün uzun növbələrolardı. Amma “Ədəbiyyat qəzeti”ndə iki nəfər üçün növbə yox idi.Biri baş redaktor Yusif Əzimzadə, o biri isə Sabir Əhmədli. Atam yaradıcılığını heç vaxt işi ilə qarışdırmazdı. Evdəki yazı masası, iş otağı ancaq ədəbi yaradıcılığına xidmət edib.-Sabir Əhmədli “Ədəbiyyat qəzeti”ndən ayrılandan sonra bir daha o redaksiyaya getdi?-Heç vaxt getmədi. İşdən ayrıldığı günün səhərisi elə mənimlə köhnə “Kommunist” nəşriyyatındakı redaksiyaya getdik. Şəxsi əşyalarını, kitablarını yığıb gəldik. Bir daha ora ayaq basmadı.-Bəs, Yazıçılar Birliyinə necə, gedib-gəlirdi? Ora ilə də incik düşmüşdü…-Ora da getmirdi. Nə işi olurdusa, məni göndərirdi.Bir-iki dəfə arayış üçün getmişəm-Sabir Əhməlinin kifayət qədər nüfuzu var idi. Bəs necə oldu ki, işdən ayrılandan sonra kimsə zəng vurub, ora qayıtmasına cəhd göstərmədi?-İşdən çıxandan sonra, elə ondan qabaq da zənglər olunurdu, təkliflər edilirdi. Amma həmin hadisədən sonra çox incimişdi. “Ədəbiyyat qəzeti”ndən ayrılması ilə nəticələnən məşhur iclasdan əsəbi halda evə gələndən sonra ondan nigaran qalan Famil Mehdi və Yaşar Qarayev ardınca bizə gəldilər. Xeyli təskinlik verən sözlər dedilər. Amma o, özü iclasdan durub çıxmışdı. Qanqaraldıcı sözlərdən sonra “keçmə namərd körpüsündən qoy aparsın sellər səni” deyib oranı tərk eləmişdi.-O məşhur iclasdan danışaq…-O məşhur iclas Yazıçılar İttifaqında olub. Qəzeti müzakirə ediblər. Nə irad tutublarsa, atam da möhkəm əsəbləşmişdi. Birbaşa işdən çıxara bilməyəndə o cür üsullara əl atılırdı. Yəni üstünə-üstünə gedib, hər şeydə qüsur axtarmaqla. Sabir Əhmədli də vəziyyətin belə olduğunu görüb ordan özü uzaqlaşdı. Halbuki, o, qəzetdə 39 il işləmişdi. Uzunmüddət çox ağır vaxtlarda qəzeti öz şəxsi nüfuzu hesabına yaşatdı. Qəzeti təkbaşına, heç bir dayaq olmadan çap etdirdiyi vaxtlarda demək olar ki, Yazıçılar Birliyinin tərkibindən çıxarıb əmək kollektivinin mülkiyyətinə tabe etmişdi. Yəni, qanuna qalsa, heç çıxara da bilməzdilər. Ordan uzaqlaşandan sonra da heç işsiz qalmadı. “Azərnəşr”də bir dostu onu məsləhətçi kimi dəvət etdi. O, da qəbul etdi. Kabinet də verdilər, məsləhətçi kimi çalışırdı.-Sabir Əhmədlinin bəzi əsərləri çox səs-küyə, qalmaqala səbəb oldu. Bu səs-küyün içində özünü necə toparlaya bilirdi?-Əsərlərin yaratdığı səs-küydən sonra özünü asanlıqla toparlaya bilirdi. Çox adi hal kimi qəbul edirdi. “Dünyanın arşını” əsərini siz indi oxusanız, orada o qədər də qeyri-adi nəsə görməyəcəksiniz. Amma o dövr üçün bu tamamilə yad məsələ idi.Yadıma gəlir, uşaq idim, qatarda Cəbrayıla gedəndə şahidi olurdum ki, hamı atamın əsərlərindən danışır. O əsərlərin yaratdığı səs-küyü müzakirə edirdilər. O cümlədən, universitetdə oxuyanda da, görürdüm ki, müəllimlər, tələbələr Sabir Əhmədlini müzakirə edirdilər. Heç bilmirdilər ki, mən onun oğluyam. Onun romanları yaxşı mənada səs-küyə səbəb olurdu. Bəziləri özü üçün yaxşı fikir formalaşdırmasa da o, yazıçı borcunu şərəflə yerinə yetirdiyi üçün çox sevinirdi. Odur ki, bu səs-küyləri təmkinlə qarşılayırdı.-Çox təəssüf ki, yazıçının həyatında faciəli illər də az olmadı. Qarabağ vuruşmasında oğlu gənc yaşında şəhid oldu. Sabir Əhmədlinin o günlərdəki portretini necə yaradardınız?-Oğlu vətən uğrunda şəhid oldu. O bu səbəbdən özünü toxtaq tuta bilirdi. Özü həmin günlərdə nələr olubsa hamısını bircə-bircə yazıb. “Əsgər atası” filminə yəqin ki, baxmısınız. Orada necə idisə, atamda da elə oldu. Oğlunun arxasıyca getdi. Geri qayıdanda isə onun yas çadırı ilə qarşılaşdı. Özü də xatirələrində yazırdı ki, çadırı görməyənə qədər inanmırdım. Təbii ki, həm onun üçün, həm də ailəmiz üçün böyük faciə idi. Amma o, özünü adamların yanında ələ ala bilirdi.-Bu faciə Sabir Əhmədlinin yazıçılıq fəaliyyətinə necə təsir etdi?-Ondan sonra da yazdı. Bütün bu hadisələr “Axirət sevdası” romanında öz əksini tapıb. Müharibə illərində Qarabağ haqqında yazırdı. Mən düşünürəm ki, bu yaxınlarda onun publisistikasını çap etdirim. Çox maraqlı məqalələri var. O illərin həm Qarabağ, həm də meydan hadisələrinin hamısını çox vacib detalları ilə birlikdə yazıb. Meydan hadisələrinin səbəbləri, qüsurları “Kütlə” romanında əks olunub.-Onun meydan hərəkatlarına münasibəti necə idi?-Meydan hadisələri xalq hərəkatı idi. Həmin il- 1988-ci ildə Azərbaycan xalqı dünya xalqı elan edildi. Odur ki, xalqın bir araya gəldiyi bu hadisələrə atamın, eləcə də mənim münasibətim çox yaxşı idi. Gündüz o, gedirdi, axşamlar isə mən. Atam gələndən sonra Sabir Rüstəmxanlının, Xəlil Rza Ulutürkün meydanda yüz minlərlə insanın qabağında necə çıxış etməsi barəsində rəğbətlə danışırdı. Deyirdi ki, şəxsən mən kütlənin qabağında o cür çıxış edə bilmərəm.-Meydan hərəkatlarından sonra qanlı 20 yanvar hadisələri yaşandı. Sabir Əhmədli də “Yanvar hekayələri” adlı kitabı ilə o hadisələrin alt qatını göstərməyə çalışdı. O, həmin vaxt hadisələrin görünməyən tərəfini necə müəyyən edə bilmişdi?-1990-cı ilin 20 yanvar hadisələri haqqında bir neçə hekayə yazdı. Həmin hekayələr “Yanvar hekayələri” adı altında kitabça halında çap edildi. Onlardan biri – “Dənizdən gələn səda” hekayəsi ABŞ-da da yayımlandı. Orada meyitlərin sonradan dənizə atılması və bir çox gizli məqamlar qeyd olunmuşdu. Sabir Əhmədlinin o zaman yazdıqları sonradan öz təsdiqini tapdı. Sonradan 20 yanvar hadisələri zamanı meyidlərin dənizə atılması, yandırılması, eləcə də başqa bilinməyən faktlar etiraf edildi.-Sabir Əhmədlinin əsərlərində bir neçə qat var. Yalnız intellektual oxucu xüsusi şifrələrlə həmin qatları aça bilər. Özü də bildiyini qənaətlə işlədirdi. Sualım odur ki, Sabir Əhmədli özü ilə nələri, hansı bilgiləri apardı?-Özü ilə heç nəyi aparmadı, nəyi bilirdisə hamısını yazdı. Əsərlərində hər şeyi qeyd edib. Sadəcə onları düzgün təhlil etmək və nəticə çıxarmaq lazımdır.-Amma o mənalara varmaq, onları düzgün təhlil etmək üçün açar yeri qoymayıb…-Açar yeri qoyub. Amma o açarın özünü tapmaq lazımdır. Düzdür, bu məsələlər barəsində onun özü daha yaxşı danışa bilərdi. Mən ədəbiyatçı deyiləm. Amma o, bu cür məsələlər barəsində danışmağı çox xoşlayırdı və çox gözəl də izah edirdi. Məsələn, əsərlərinin birində soxulcanla balığın söhbəti var. Qarmağa keçirilən soxulcan suyun altında onu yemək istəyən balığa deyir ki, bu səhvə yol vermə. Mən onsuz da qarmaqdayam, sən də məni yesən, qarmağa keçəcəksən və bu sənin sonun olacaq. Balıq isə ona inanmaq istəmir. Bax bu kiçik hekayədə dövlətlərarası münasibətlər, mövcud siyasi durum çox gözəl əks olunub.-Sabir müəllimin çap olunmamış yazıları çoxdu. Son illərdə iki kitabını çap etdiniz. Gələcəkdə hansı əsərlərinin çapı gözlənilir?-Əlbəttə, çap olunmamış yazıları bu gün də çoxdur. Onun publisistikası və müsahibələrindən ibarət kitab buraxdırmaq fikrimiz var. Həmçinin, makinada yazdığı iki roman bir povest və bir qovluq hekayələri də gələcəkdə işıq üzü görəcək. Anam hazırda o yazıların üzərində işləyir, redaktə edir.-Etibar müəllim, bu gün Azərbaycan ədəbi caməsinin, ziyalı kütəsinin Sabir Əhmədli şəxsiyyətinə olan münasibətindən razısınız?-Bəli, razıyam! Narazı olmağın nə mənası var ki?!-Amma bir narazılığımı mən də bildirim. Təəssüf ki, yazıçının romanları, əsərləri demək olar ki, heç yerdə tapılmır…-Kitablar dövlətin xətti ilə çap olunmalıdır. Sağlığında o, Qılman İlkin və Hüseyn Abbaszadə bu məsələni qaldırdılar, düşdülər qabağa. O ikisinin kitabları çap edildi, amma atamın yox. Elə mənim özümdə onun kitablarının hərəsindən bir nüsxə qalıb. Kirilcə olan kitablarını kitabxanalardan tapmaq olar. Amma təəssüf ki, kirili bilən gənclər də azdı. Yenə deyirəm, bu işlər dövlət xətti ilə görülməlidir. Yəqin ki, nə vaxtsa olacaq-Bu gün Xalq yazıçısının ad günüdür. Kimlərdən təbrik zəngi gözləyirsiniz?-Vallah, gözləmirik. Amma zəng edənlər də edir. Özümüz, qohum-əqraba qeyd edir. Borcumuzdan belə çıxırıq. Biz zəng etməyənlərdən də incimirik. İndi elə bir vaxtdır ki, hərənin başı öz işinə-gücünə qarışıb. Amma vallah, mən elə bu gün onun kitablarını götürüb oxuyanda elə bil onunla söhbət edirəm.Yəni atamı ölmüş bilmirəm. Hər gün axşam düşəndə atamın iş otağına gəlirəm. Hərdən yazı masasının arxasında, hərdən də bu divanda oturub keçmişlə salamlaşıram. Atamla söhbət edirəm. Bu rəfdə atamın öz oxuduğu və yazdığı kitablardı. Onun əsərlərini oxuya-oxuya atamla dərdləşirəm. “Dünyanın arşını”ndan başlayıb “Yazılmayan yazı”ya qədər bütün yazdıqlarını ardıcıllıqla oxuyuram. Elə bilirəm ki, atam mənimlə danışır. Əvvəlki kimi öyüd-nəsihət verir…-O zaman Sabir müəllimə qarşı gələn insanlara onun adından nə denək istərdiniz?-Haqq dünyasında Sabir müəllim onları gözləyir.-Sonda, bir oğul olaraq Sabir müəllimə Cəbrayılın, vətənin, yaxınlarının bu günü ilə bağlı nə demək istərdiniz?-Bu yaxınlarda doğma Cəbrayılımızda olacağımıza əminliyimizi ona çatdırardım.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler