Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

At bele zikr etdi… – MÖCÜZƏ

20 Haziran 2016

11:00 am


20/06/2016 [14:58]: xeber –
“Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?” Quran, 22:18“Mənəviyyat həkimləri” kitabımı yazarkən, tədqiqat üçün  XIX əsrin görkəmli övliyalarından olan Şeyx Hacı Bulud babanın (qəbri Ağdaş rayonunun Xosrov kəndində müqəddəs ziyarətgahdır) doğulduğu Dağıstan mahalının Axtı rayonunda oldum. Onu da qeyd edim ki, Hacı  Bulud babanın doğulduğu ocaq Axtı camaatı tərəfindən müqəddəs tutulur və daim ziyarət edilir. Həmin ocağı tez-tez ziyarət edənlərdən biri – Axtı rayon məscidinin imam cüməsi Həbibullayev Hacı Mirzə Zeynəddin oğlu bizimlə söhbətində orada şahid olduğu bir kəraməti belə nəql etdi:-Bir Cümə günü məscid əhli ilə birlikdə Cümə namazını qılmaq və zikr etmək üçün Hacı Bulud babanın doğulduğu ocağa getdik. Namazımızı qıldıqdan sonra 10-15 ağsaqqal dairəvi oturaraq, zikr etməyə başladıq. “La İlahə İllallah” dedikcə eyni vaxtda  başımızı sağa-sola əyərək, sufilər kimi zikr edirdik. Bu vaxt yoldaşlarımızdan biri belə bir dua etdi ki, “Ya Rəbbim! əgər ziyarətinə gəldiyimiz bu ocaqda kəramət varsa, onda burada bizə bir hikmət görünsün”. Onu da deyim ki, həmin ocaq dağın yamacında olduğundan biz hamımız ora atla getmişdik. Biz zikr edərkən atlarımız kənarda otlayırdılar. Bu vaxt atlardan biri ilxıdan ayrılaraq, bizim yanımıza gəldi və dizini yerə ataraq, dairədə biz oturan kimi “oturdu”. Biz “La İlahə İllallah” dedikcə, at  da bizim kimi başımızı sağa əyəndə sağa, sola əyəndə o da başını sola əyərək, mərasimin sonuna qədər bizimlə zikr etdi.Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəlifdən: Azərbaycandakı zəngin şəxslərdən kimsə tutmadığı orucun kəffarəsini nə iləsə ödəmək istəyirsə, onda mənim yazdığım kəramət sahiblərinin həyatından bəhs edən “Azərbaycan övliyalarının ensiklopediyası” kitabının işıq üzü görməsinə dəstək ola bilər. Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler