Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“ATƏT PA-da Ermenistanın nümayende heyetine sanksiya tetbiq olunsun!” – Tahir Mirkişili 

02 Temmuz 2016

12:52 pm


02/07/2016 [16:51]: xeber –

  

Tbilisidə
ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir.  “Parlament
əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr
olunan sessiya çərçivəsində İqtisadi Məsələlər, Elm və
Texnologiya Komitəsinin
iclası keçirilib.

 

İclasda
İtaliyalı məruzəçi xanım Marietta Tideinin məruzəsi dinlənilib. İqtisadi
əlaqələri inkişaf etdirməklə ölkələr arasında etimadın artırılmasına nail
olmağın daha dayanıqlı olduğunu önə çəkən məruzəçi ATƏT regionunda iqtisadi
münasibətlərin inkişafı imkanlarından söz açıb.

 

Daha
sonra söz alan Ermənistan nümayəndə heyətinin üzvü gözənilmədən siyasi
bəyanatla çıxış edib. Çıxışını əsasən aprel döyüşlərinə həsr edən Ermənistan
nümayəndə heyətinin üzvü Azərbaycanı hədələyərək bu cür hadisələrin təkrar
olunacağı təqdirdə Ermənistanın daha artıq Azərbaycana cavab verəcəyi bəyan
edib.

 

Ermənistan
nümayəndə heyətinin üzvünün təxribatçı çıxışından sonar söz alan Azərbaycan
nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili Ermənistan nümayəndə heyətinn bu
bəyanatını təxribat adlandırıb: “İqtisadi Məsələlər, Elm və
Texnologiya Komitəsinin
iqtisadi əməkdaşlığa həsr olunan iclasında Ermənistan nümayəndə heyətinin belə
aqressiv bəyanat verməsi bizi çox təəcübləndirdi. Əslində biz burda iqtisadi
əməkdaşlıqdan, ölkələr arası etimadın daha da artırılmasından, Azərbaycan
Prezidentinin təşəbbüsü ilə regional layihələrin həyata keçirilməsindən
danışaraq ATƏT regionunda əməkdaşlıq mühitinin yaranmasına çalışan bir zamanda
belə bir aqressiv bəyanatın verilməsi yersizdir. Digər tərəfdən, siyasi
bəynatların verilməsi üçün ATƏTƏ PA nın digər siyasi komitələri vardır. Mən
belə bir bəyanat vermək üçün Ermanistan nümayəndələrini zalı tərk edərək ya
Ermanistanda, ya da digər siyasi komitələrdə belə siyasi bəyanat verməyə
çağırıram”

 

Daha
sonar çıxışına davam edən Tahir Mirkişili hər kəsin diqqətini Ermənistan
nümayəndə heyətini dağıdıcı fəaliyyətinə diqqət yetirməyə çağırıb:


Bildiyiniz kimi hazırda Azərbaycan və Ermənistan Prezidentləri arasında sülh
danışıqları gedir, həmsədr ölkələr danışıqlarda vasitəçilik edirlər.  Bel
bir zamanda belə bir bəyanatın səslənməsi təxribatdır, danışıqlar prosesinə
zərbə vurmağa hesablanıb. Bu ilk dəfə deyil ki, Ermənistan təxribatçı
fəaliyyətlə məşğul olur. Digər tərəfdən, aprel döyüşləri Azərbaycan ərazisində
baş verib, Azəraycan-Ermənistan sərhədində hec bir ciddi insident qeydə
alınmayıb. Ermənistanın bu bəyanatı bir daha göstərdi ki, Ermənistan işğalçı
dövlətdir və belə bir işğalçı dövlətə aramızda yer olmamalıdır. Mən ATƏT PA-nın
rəhbərliyinə çağırış edirəm ki, işğalçı Ermənistan dövlətinin belə təxribatçı
bəyanatlarının qarşısını almaq üçün Ermənistan nümayəndə heyətini sanksiyalar
tətbiq olunsun!”

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler