Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aşura günü küçe yürüşleri qadağan edildi…

12 Ekim 2016

6:16 am


12/10/2016 [10:15]: xeber –
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeliyində olan bütün dini icmalara xəbərdarlıq edilib ki, Aşura günündə matəm mərasimləri Azərbaycan qanunvericiliyi çərçivəsindən kənara çıxmamalıdır.sayt xəbər verir ki, QMİ-dən virtualaz.org-a bildiriblər ki, Aşura mərasimi ilə əlaqədar küçə yürüşlərinin keçirilməsi fətva ilə qadağan olunub.Qeyd edək ki, son vaxtlara qədər Aşura günündə Lənkəran, Astara, Gəncə, Sabirabad və bir sıra başqa rayonlarda dindarlar məscidlərdən kənar izdihamlı küçə yürüşləri və başqa kütləvi aksiyalar keçirirdilər.Aşura günü dini icmalar tərəfindən qanunvericiliyə necə riayət olunmasına xüsusi komissiyalar nəzarət edəcək və onlar öz müşahidələri ilə bağlı hesabat hazırlayacaqlar. Yerlərdəki bütün axund və imamlara göndərilən tövsiyələr QMİ-də müxtəlif dövlət idarələri ilə birlikdə hazırlanıb.QMİ-dən həmçinin bildiriblər ki, bu gün Bakıda və regionlarda 14 böyük məsciddə Mərkəzi Qan Bankının mütəxəssisləri ilə birlikdə könüllü qanvermə aksiyaları keçiriləcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler