Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

«Aşur» mescidinde berpa-restavrasiya işlerine başlanıb –RƏSMİ AÇIQLAMA

27 Temmuz 2016

10:56 am


27/07/2016 [14:53]: xeber –
«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tarixi abidə statusuna malik olan bir çox qədim məscidlər mövcuddur ki, bu abidələr dövlət tərəfindən qorunur. YUNESKO tərəfindən Dünya İrs siyahısına salınmış «Həzrət Məhəmməd məscidi», ölkə əhəmiyyətli abidələrdən olan İçəri şəhər «Cümə» məscidi əsaslı təmir olunub. Hazırda  Bəylər məscidində, Cümə məscidinin minarəsində, Xıdır məscidində əsaslı təmir-bərpa-restavrasiya işləri həyata keçirilir. Ölkə əhəmiyyətli abidələr siyaşısına daxil edilmiş Aşur məscidində bərpa-konservasiya işləri planlaşdırılıb”.Son bir neçə il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bir sıra məscidlərdə bərpa-konservasiya işləri həyata keçirilib. Məscidlərdə bərpa işlərinin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a müvafiq olaraq aparıldığı vurğulanıb.”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, artıq bir neçə ildir ki, İçəri şəhərdəki Asəf Zeynallı küçəsi 55 ünvanında yerləşən və Azərbaycan Respublikasının Nazrlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli abidələr siyaşısına daxil edilmiş Aşur məscidində bərpa-konservasiya işləri planlaşdırılıb: “Əfsuslar olsun ki, 2013-cü ildən bəri bu abidədən faktiki olaraq istifadə edən  şəxslərə dəfələrlə məscidin boşaldılması barədə idarə tərəfindən müraciətlərə baxmayaraq, abidədən qanunsuz istifadə və onla mənfi təsirin göstərilməsi  davam etdirilib. Bununla da bərpa işlərinin başlanılması gecikdirilib. Abidənin faktiki istifadəçiləri tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub”.Qurumdan verilən məlumata görə, bununla əlaqədar abidənin üzərində təxirəsalınmaz xilasedici bərpa-restavrasiya işlərinin başlanması üçün idarə tərəfindən abidə boşaldılıb və bir neçə gündən sonra burada işlərə başlanacaq:“Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında İçəri şəhərdə son bir neçə il ərzində çoxsalı abidələrin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi ilə aparılan bu işlər yüksək təcrübəyə malik olan mütəxəssislər tərəfindən hazırlanıb. “Baş Plan”da öz əksini tapmış göstəriş və tövsiyələr əsasında ən müasir tələblərə cavab verən bilik və texnlogiyalar istifadə edilməklə həyata keçiriləcək”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler