Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AŞPA sedri mehbusların azadlığa buraxılması addımını alqışlayıb

20 Haziran 2016

10:16 am


20/06/2016 [14:15]: xeber –
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Aqramunt Avropa Şurasına üzv ölkələrdəki ümumu vəziyyət haqqında danışarkən Azərbaycanda  jurnalist Xədicə İsmayılovanın həbsdən azad edilməsini alqışladığını bildirib. APA-nın Avropa müxbiri xəbər verir ki, P. Aqramunt bu il ərzində Azərbaycanda bir çox siyasi məhbusun azad edildiyini də vurğulayıb: “Bu, çox yaxşı təşəbbüsdür və Azərbaycan hökumətinin əməkdaşlığa açıq olduğunu göstərir. İnsan haqları, demokratiya və hüquqi dövlət sahəsində üzərinə düşən beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün biz Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdiririk”. O, Azərbaycan da daxil olmaqla yanvar ayından bəri bir neçə ölkəyə səfər etdiyini bildirib: “Mənim gördüyüm odur ki, bütün bu ölkələrdə Avropa Şurasının rolu çox güclüdür və bu ölkələr də bizim təşkilatla əməkdaşlığı davam etdirmək istəyindədir”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler