Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aşıq Şemşir şeiri yer üzünü insanlığa çağırır…

27 Ağustos 2016

6:48 pm


27/08/2016 [22:45]: xeber –
Elə insanlar var ki, bir evin, bir elin sınırlarına sığmayıb, bir xalqın, bir millətin oğlu olmaq haqqını, səlahiyyətini qazanırlar. Bu insanların çiyninə düşən yük ağır olur. Aşıq Şəmşir belə böyük insanlardan, qüdrətli saz, söz ustadlarından biridir. Böyük ustadların ədəbi məktəbini keçmiş, üstəlik Səməd Vurğun kimi dünya şöhrətli bir şairin xeyir-duasını almış Aşıq Şəmşir, hər şeydən əvvəl, sadəlik, səmimilik heykəli, Kəlbəcərin dadı-duzu, simvolu idi. Bu haqqı qazanmaq xoşbəxtliyi hər adama nəsib olmur. Aşıq Şəmşir bu haqqı Tanrı vergisi istedadıyla, alın təriylə, yuxusuz gecələriylə qazanmışdı. Onun qoşmaları, gəraylıları, müxəmməsləri və başqa şeirləri öz ətri, rayihəsi ilə canlı təbiətin özü idi.Aşıq Şəmşirin ən böyük xoşbəxtliyinin, xalqın sevimlisi olmasının sirrini də elə bu sadəlikdə, təbiilikdə axtarmaq lazımdır.Lalədi, nərgizdi evim-eşiyim,Köynəyim sıx meşə, qoymaz üşüyüm.Qərənfildi, qızılgüldü beşiyim,Buz bulaqlar, göy yaylaqlar oğluyam.Bu misralar Aşıq Şəmşirin sözlə çəkilən portretidi. Arı gül-çiçəkdən şirə çəkdiyi kimi, Aşıq Şəmşir də çiçəklərin ətrini, rəngini, baxışını, duruşunu sözə transformasiya edib ona əbədiyaşarlıq qazandırmışdır.Mənim ustad sənətkar Dədə Şəmşir haqqında hazırladığım bu kitab sayca dördüncüdür. Qısa vaxt ərzində bu qüdrətli sənətkar haqqında bu həcmdə kitab hazırlamaq heç də asan başa gəlməyib. Bu kitabda Azərbaycanımızın – xüsusən Kəlbəcərin poetik mənzərəsi var. Ustad şairimiz Osman Sarıvəllinin, görkəmli yazıçı və tənqidçimiz Qulu Xəlilovun Aşıq Şəmşir yaradıcılığı ilə bağlı geniş, əhatəli təhlili yazıları kitabın dəyərini bir daha artırmağa xidmət edir.Aşıq Şəmşir kimi sənətkarımızın geniş şəkildə təbliği həm də ana dilimizə olan sayğı, hörmət əlamətidir. Çünki  dilimizin qaynağı, kökləri, şəhdi-şirəsi el-obamızdadır, Aşıq Şəmşir kimi aşıqlarımızın çoxşaxəli yaradıcılığındadır. Mən Aşıq Şəmşir kimi nəhəng sənətkarın yaradıcılığını uzun müddət diqqətlə araşdırmış, ən dərin qatlara enmiş, Aşıq Şəmşiri gənc nəslə yeni baxış bucağı altında təqdim etməyə çalışmışam. Kitabda toplanmış müxtəlif  janrlı yazıların hamısı Aşıq Şəmşir şəxsiyyətini, onun zəngin yaradıcılığını hərtərəfli öyrənməyə xidmət edir.Aşıq Şəmşir yaradıcılığını bunca sevə-sevə vaxtın, zamanın fövqünə qaldırmağım  həm də işğal altında olan torpaqlarımızın, əsirlikdə sümüyü sürmə olmuş dədələrimizin, nənələrimizin, analarımızın məzarını azad etməyimizə bir çağırışdı.İnanıram ki, işıq üzü görən bu kitablar Aşıq Şəmşir yaradıcılığının tədqiqi, araşdırılması yolunda yeni-yeni səhifələr açacaq.Aşıq Şəmşir yaradıcılığı saysız-hesabsız tədqiqat işlərinin mövzusudur. Mən yüngül mövzu axtarışında  olub, özünü çətinliyə salmayan gənc tədqiqatçılarımızı  Aşıq Şəmşir “okeanı”na baş vurmağa çağırıram. Bu kitablar mənim üçün dəryadan damladır. Dədə Şəmşir haqqında axtarışlarım isə davam edir. Oxucularımızla yeni görüşü səbirsizliklə gözləyirəm.Cəmilə Çiçək,Prezident təqaüdçüsüCəmilə Çiçək (İsbəndiyarova). Sazımız ağlayır dağlar başında. Bakı. “Azərnəşr”, 2014, 624 s.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler