Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aşıq Şemşir” Medeniyyet Ocağı İB-de referendumla bağlı növbeti görüş keçirildi

16 Eylül 2016

6:16 pm


16/09/2016 [22:15]: xeber –
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyi ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası çərçivəsində silsiləli olaraq tədbirlər keçirir. Belə tədbirlərdən biri 16 sentyabr 2016-cı ildə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyində keçirildi.YAP İdarə heyətinin üzvü, Professor Şahlar Əsgərov – Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin-referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: Seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: “Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək referendum bu baxımdan müstəsna əhəmiyyət daşıyır”. “Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (referendum) bu baxımdan müstəsna əhəmiyyət daşıyır”.“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Konstitusiyamıza ediləcək növbəti dəyişikliklər xalqın iradəsinin ifadəsidir. Məhz buna görə də hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev xalqın firavan və rifah dolu həyatının bugünkü və gələcək təminatçısı kimi belə bir təşəbbüslə çıxış etdi. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı 29 bənddən ibarət olmaqla hər bir bənd dövlətin idarəedilməsi işinin təkmilləşdirilməsi, islahatların daha sürətlə həyata keçirilməsinin təminatı, vətəndaşlarımızın hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunması üçün zamanında atılan doğru addımdır. Bu dəyişikliklər Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının Konstitusiyada təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini ehtiva edir. Bu dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun davamlılığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler