Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Arzu Rehimov Beyleqanda vetendaşları qebul edib

22 Temmuz 2016

4:36 pm


22/07/2016 [20:35]: xeber –
sayt xəbər verir
ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Beyləqan rayonu Heydər
Əliyev Mərkəzində Beyləqan, İmişli, Füzuli, Ağdam və Ağcabədi rayonlarının
sakinlərinin qəbulunu həyata keçirib.

Qəbulda
45 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti
şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı
adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə
dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb,
qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb
olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra
cavablandırılacağı bildirilib. 

Vətəndaşların
Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri
müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler