Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Arzu ederdim ki, mehsullarımızın her yerde, o cümleden Ermenistanda satılsın”

25 Ağustos 2016

10:48 am


25/08/2016 [14:44]: xeber –
İqtisadiyyat Nazirliyi daha 4 Azərbaycan şirkətinin Rusiyaya ət və
süd məhsulları ixrac edəcəyini bildirib. Maraqlıdır, Rusiya bazarına ət və süd
məhsullarının ixracı Azərbaycanın daxili bazarında qıtlığa, bahalığa, habelə
keyfiyyətsiz məhsulların artmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı sayt-a açıqlama verən Azad İstehlakçılar
Birliyinin sədri Eyyub Hüseynov Rusiya bazarına məhsul ixracının məhsul
qıtlığına səbəb olmayacağını vurğuladı:

“Azərbaycan bazarı guya inteqrasiya eləmiş bazardır. Rusiyadan da
bura məhsullar gətirilir. Azərbaycan məhsullarının xarici bazarlara ixracının tərəfdarıyam.
Tərəfdaryam ki, Azərbaycan brendi xaricdə tanınsın.

Düşünmürəm ki, məhsullarımızın xarici ixracı bazarda qıtlıq yaratsın.
Çünki analoji olaraq xaricdən də Azərbaycana məhsullar gətirilir. Əgər Azərbaycan
məhsulları xarici ölkələrdə yüksək qiymətə satılırsa, bu, Azərbaycanda
heyvandarlığın inkişafına kömək edə bilər. Mən tərəfdarıyam ki, Azərbaycan məhsulları
xarici dövlətlərdə, o cümlədən Ermənistanda satılsın”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler