Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Arvadına er gezen var, men FB-de ne görmedim…

17 Eylül 2016

6:04 am


17/09/2016 [10:03]: xeber –
Mən FB-də nə görmədim…Su daşınır ələyində,İlan yatıb bələyində,Dağ əriyir kələyində,Mən FB-də nə görmədim…Köç görməyən keçi gördüm,Həcc görməyən “həci” gördüm,Yüz atalı bici gördümMən FB-də nə görmədim…Sən demə ağ zənci varmış,Kül altında inci varmış,70 yaşlı gənci varmışMən FB-də nə görmədim…Quraması, montajı var,Yerli-yersiz şantajı var,Bir qaqaşa 10 “bajı” varMən FB-də nə görmədim…Dəryası var,- dayaz imiş,Səhrası var,-ayaz imiş,Qara qızlar bəyaz imişMən FB-də nə görmədim…Şeytan gördüm pirə gedir,Mələk gördüm şərə gedir,Oğlan gördüm ərə gedirMən FB-də nə görmədim…Uşaq əkən dişi gördüm,Uşaq doğan kişi gördüm,Kişiliyin leşin gördümMən FB-də nə görmədim…Təmiz gözdə tir gəzən var,Səyliyində sirr gəzən var,Arvadına ər gəzən var,Mən FB-də nə görmədim…Su daşınır ələyində,Dağ əriyir kələyində,İlan yatıb bələyində,Mən FB-də nə görmədim…Ramiz Qusarçaylı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler