Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Arvadına böhtan atdığı üçün şallaqlandı – FOTO

06 Ekim 2016

6:20 am


06/10/2016 [10:18]: xeber –
Bir müsəlman kişi arvadını haqsız olaraq xəyanətdə günahlandırdığı üçün cəzalandırılıb. sayt-ın İordaniyanın  “Al –Bawaba” nəşrinə istinadla verdiyi xəbərə görə, hadisə Səudiyyə Ərəbistanında baş verib. Hazırda bu ibrətamiz  olay ölkədə geniş müzakirə edilir.Adı açıqlanmayan ərəbistanlı kişi məhkəməyə müraciət edərək həyat yoldaşından ayrılmaq istədiyini bildirib.  Məhkəmə prosesində hakim uşaqların atanın, yoxsa  ananın himayəsində qalması məsələsini həll etməli olub.  Kişi  isə uşaqları öz yanında saxlamaq məqsədilə vəkilinin məsləhətinə uyğun olaraq  hiyləyə əl atıb. O, məhkəmədə öz arvadını xəyanətdə ittiham edib. Şəriətə görə, belə hallar təsdiq olunduğu təqdirdə övladlar atanın himayəsində qalır. Amma digər tərəfdən, müvafiq Quran ayəsində(Ən-Nisa(“Qadınlar” surəsi, 15-ci ayə) də göstərildiyi kimi, kişi xanımının zinakarlığını sübuta yetirmək üçün 4 şahid təqdim etməlidir. Əks təqdirdə yenə də Allah Kitabına uyğun olaraq(Ən-Nur, 4) ismətli qadına  böhtan atdığı üçün həmin kişiyə 80 çubuq vurulmalıdır. Elə yalan danışdığı üçün 4 şahid gətirə bilmədiyindən sözügedən ərin də arvadına böhtan atdığı təsdiqlənib. Nəticədə kişi özü və üstəlik, onun “uğurlu” vəkili də namuslu müsəlman qadının adını ləkələdiklərinə görə 80 şallaq zərbəsi ilə cəzalandırılıblar.Xəbərdə o da qeyd edilir ki, müsəlman ölkələrində, o cümlədən  Səudiyyə  Krallığında zinakar qadınların da Quran və şəriətə uyğun sərt şəkildə cəzalandırılma halları baş verir. Bu yaxınlarda Krallıqda bir qadının ərinə xəyanətinə görə ölüm hökmünə məhkum edildiyi barədə informasiya yayılmışdı.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler