Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Arvadı ile yaşamaq istemediyi üçün hebse girdi

17 Ağustos 2016

3:56 am


17/08/2016 [07:52]: xeber –
Rusiyada bir kişi ailə problemlərini maraqlı üsulla düzəltmək istəyib. O, qalmaqallı arvadından canını qurtarmaq üçün soyğun etmək qərarına gəlib. Kişi bu yolla arvadı ilə üz-üzə gəlməmək üçün həbsə düşmək istəyib. Bu fikri həyata keçirmək üçün qonşuluqda yerləşən mağazanı soyub. Müşahidə kameraları kişinin kassirə yaxınlaşıb bütün pulları ona verilməsini tələb etdiyi anları çəkib. O, kassada oturan şəxsi hədələmək üçün özü ilə silah gətirməyib. Onu inzibati cəza və cərimə gözləyir.Qeyd edək ki, analoji hadisə Nigeriyada da yaşanıb. Nigeriyalı bir kişi arvadından qorunmaq üçün məhkəməyə müraciət etmişdi. Kişinin sözlərinə görə, həyat yoldaşı onu mütəmadi olaraq döyür. “O, ailədə başçılıq edir. Mən daha bununla barışa bilmərəm. Mənim arvadım normal adam deyil”, – deyə kişi bildirib. Nigeriyalı hökumətdən arvadının onu öldürməyəcəyi haqqında təminat tələb edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler