Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Artur Resizadenin letife danışdığı yeni baş nazir kimdir?

09 Eylül 2016

6:08 pm


09/09/2016 [22:07]: xeber –
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtcan Saqintayevi yeni baş nazir təyin edib. O, bu postda Kərim Məsimovu əvəz edib. K.Məsimov isə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib. Bakıtcan Saqintayev ciddi fiqur hesab olunmur. O, siyasi həyatında maraqlı və məzəli anlarla daha çox yadda qalıb.Misal üçün, o çinli biznesmenlərdən qorxmamağı və ölkəyə kapital qoymalarına şərait yaratmaq fikrini müdafiə edirdi. Başqa bir müşavirədə o deyir: “Kimsə həqiqəti açıq deməlidir ki, sonradan ayıb olmasın”.2014-cü ildə Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması fikri isə baş nazir Kərim Məsimov tərəfindən sərt qarşılanıb.“Əgər biz Avrasiya İqtisadi İttifaqına daxil olmuşuqsa, bu o demək deyil ki, bizi bütün həyatımız ora ilə bağlı olacaq. Hər şey ola bilər”, – deyə B. Saqintayev bildirir. Məhz bu fikirlərə görə, o baş nazirin iradı ilə qarşılaşıb.Başqa bir vaxt o, iclasda söyüş söydüyü üçün baş nazirin sərt reaksiyasına tuş gəlib. Lakin özünü itirmədən üzr istəyib və məruzəsinə davam edib.B.Saqintayev yumor hissi ilə də tanınıb və tez-tez lətifələr danışır. Bir dəfə Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında o, lətifə danışır və bildirir ki, bu lətifəni Azərbaycanın Baş nazirindən eşidib.“Bir ölkədə seçkilər keçirilir və cavan namizəd qalib gəlir. Amma bu şəxsin idarəetmədə təcrübəsi yox imiş. O öz məsləhətçilərini çağırır və soruşur: “bizdə neft var?”. Cavab verirlər: “Yoxdur”. “Qaz?” – “Yoxdur?”, “Qızıl?” – “Yoxdur”. “Mis?” – “Yoxdur”. “Meşə?” – “Yoxdur”. Yaxşı onda hamı işləməyə getsin”, – deyə Saqintayev məmurlarını əyləndirir.B.Saqintayev 13 oktyabr 1963-cü  ildə Cambul oblasklının Talas rayonunun Uçaral kəndində anadan olub. 1985-ci ildə Qazaxıstan Dövlət Universitetini bitirib.1998-1999-cu illərdə Canbul merinin köməkçisi olub. 2004-2007-ci illərdə inhisarçılığın nizamlanması üzrə agentliyin sədri işləyib. 2007-2008-ci illərdə baş nazir dəftərxanasının rəhbəri işləyib. 2014-cü ilin 7 aprelindən baş nazirin birinci müavini olub. Hazırda ölkənin baş naziridir.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler