Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Artur Resizadeden DTX ile bağlı qerar…

31 Ağustos 2016

6:32 am


31/08/2016 [10:21]: xeber –
Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 9 noyabr tarixli qərara dəyişikliklər edib.Baş nazir Artur Rəsizadənin imzaladığı yeni qərara əsasən “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 9 noyabr tarixli 176 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:1. Adında, preambulasında, 1-ci, 2-ci və 4-cü hissələrində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.2. Həmin qərarla təsdiq edilmiş 1 – 17 nömrəli normalarda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə, “MTN-in” sözü “DTX-nin” sözü ilə və “milli təhlükəsizlik nazirinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin” sözləri ilə əvəz edilsin.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler