Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Arif Quliyevin arvadı ağır xesteliye yoluxdu

28 Temmuz 2016

5:08 pm


28/07/2016 [20:34]: xeber –
Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Bu barədə Kulis.aza aktyor özü məlumat verib.O, bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub:“Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.”Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib:“Amma bu mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə…”(kulis.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler