Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Araşdırma jurnalistikasına qarşı bele bir cinayetin töredilmesinin cavabı verilmelidir”

14 Temmuz 2016

6:52 pm


14/07/2016 [22:48]: xeber –
Artıq geniş ictimaiyyətə məlum olduğu kimi, iyulun 9-da, gecə saat 03:00 radələrində “Təzadlar”ın baş redaktoru Asif Mərzilinin yaşadığı evin qarşısında şəxsi avtomobili benzin tökülərək yandırılıb. Bu artıq jurnalistə qarşı 2-ci sui-qəsddir. Hansı ki, elə bu ilin martın 14-də yenə də eyni üsul və vaxtda baş redaktorun evini yandırmağa cəhd ediblər. Açıq-aşkar görünür ki, dəsti-xətt eynidir. Jurnalistin evinin yandırılması ilə bağlı Xətai rayon Polis İdarəsində açılmış cinayət işi sonradan Bakı şəhər Baş Polis İdarəsinə verilmişdi. İstintaqın kifayət qədər maddi sübutların olduğu bir şəraitdə niyə indiyədək ortaya tutarlı nəticə qoyulmaması başqa mövzudur… Amma məlum olan odur ki, nə hadisəni törədənlər, nə də sifarişçi (lər) hələ də tapılmayıb. Bu səbəbdən özlərinə arxayın olan cinayətkarlar növbəti süi-qəsdi həyata keçirdilər. Artıq bu dəfə məsələ çox ciddi xarakter alıb və istintaq-əməliyyat tədbirləri ciddi şəkildə həyata keçirilir. Yəqin ki, tezliklə cinayətkarlar qanun qarşısında cavab verəcəklər. Biz hamımız buna inanırıq. Çünki baş vermiş cinayət işinin istintaqı daxili işlər naziri cənab Ramil Usubovun və Respublikanın Baş prokuroru cənab Zakir Qaralovun şəxsi nəzarətindədir. Ona görə də cinayətin tezliklə açılacağına inanırıq.Baş redaktor Asif Mərzilinin hansısa bir yazısına görə cəzalandırılması üçün ona qarşı bu formada sui-qəsdin həyata keçirilməsi ölkə KİV-lərində geniş işıqlandırılıb. Bəs jurnalistə qarşı ilin-günün bu vaxtında, ölkədə cinayətkarlığa qarşı sərt mübarizə aparıldığı bir məqamda qəsd edilməsi nə dərəcədə başa düşüləndir? Və bu ilin martın 14-də Asif Mərzilinin evini yandırmağa cəhd edənlər tapılıb cinayət məsuliyyətinə cəlb edilsəydi, sonra maşının yandırılması hadisəsi baş verə bilərdimi, -sualına adığımız cavabları təqdim edirik:Millət vəkili Aqil Abbas:”Azərbaycanda jurnalistə qarşı hazırlanmış bu cinayət qəsdi inanıram ki, hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq və cinayətkarlar tezliklə tapılacaq, günahkarlar cəzalarını alacaqlar. Bəli, 3 ay əvvəl jurnalistin evinin yandırılmasına cəhd hadisəsinin üstü dərhal açılsaydı, indi bu hadisə olmaya da bilərdi. Zaman-zaman jurnalistlər təhqir olunub, döyülüb-söyülüb, ona görə də bu məsələlər ciddi araşdırılmalı və cinayətkarlar cəzalarına çatmalıdırlar. İnanıram ki, cənab nazir Ramil Usubovun, Baş Prokuror Zakir Qaralovun şəxsi nəzarətində olan bu cinayət işində tezliklə nəticəni görəcəyik. Bu hadisə böyük rezonans doğuran haldır. Təəssüflənirəm baş verənlərdən…Millət vəkili Xanhüseyn Kazımlı:”Vətəndaşın mülkünə ziyan vurulması məsələsini hüquq mühafizə orqanları araşdırıb hüquqi cavabını deməlidir. Bizim qabaqcadan nəsə rəy bildirməyimiz düzgün olmaz. Deyirsiniz, martın 14-də evinin yandırılmasına cəhd edilib, bu barədə hüquq mühafizə orqanları yəqin ki, əməliyyat istintaq tədbirləri həyata keçirirlər. Biz indi bilmirik Asif Mərziliyə peşə fəaliyyətinə görə, və yaxud hansısa səbəbdən mülkünə qəsd edilib. Bu səbəbdən hüquq mühafizə orqanlarının araşdırılmasının nəticəsini gözləməliyik. İndiki halda bu işin nədən baş verməsini, kimin günahkar olmasını deyə bilmərik. Yalnız onu demək olar ki, belə halların baş verməsi yaxşı hal deyil. Ümumiyyətlə, cinayət törətməyin özü bir qanunsuzluqdur. Bir daha təkrar edirəm ki, yalnız hüquq mühafizə orqanları cinayəti tam araşdırıb, ortaya qoyandan sonra hər hansı fikir söyləmək olar. Hadisənin təkrar törədilməsi isə çox düşündürücüdür…Tanınmış tele-jurnalist, professor Qulu Məhərrəmli:”Mən hesab edirəm ki, bu, çox mühüm tendensiyadır. Çünki araşdırma aparan, məlumat yayan, ictimai nəzarəti gerçəkləşdirən media qurumuna, onun rəhbərinə qarşı bu cür qanuna zidd, cinayətkar addım atırlar. Bu cür tendensiyanın yayılması təkcə “Təzadlar” qəzeti üçün yox, bütövlükdə Azərbaycanın keyfiyyətli mediası üçün, vicdanlı araşdırma aparan jurnalistər üçün gələcəkdə təhlükə yaradır. Ona görə də bu cür tədbirlərin qarşısı təcili alınmalıdır. Dövlət qurumları bu hərəkətləri törədənləri dərhal tapıb, cəzalarına çatdırmalıdırlar. Jurnalistin yazdıqları kiminsə, xoşuna gəlməyə bilər, amm bunu sivil yolla həll etmək olar. Amma jurnalistin həyatına, mülkiyyətinə qəsd etmək, ona toxunmaq, bir vətəndaş kimi təhlükəsizliyinə təhlükə yaratmaq bu, artıq cinayətdir. Nə qədər gec deyil, bunların qarşısı alınmalıdır və günahkarlar cəzalandırılmalıdır. Bu cür hallar jurnalistlərə qarşı həmişə olub. Amma bunu belə arxayın bir şəraitdə, özünə güvənərək, cəzasızlıqdan istifadə edib, bu cür hərəkətləri törətmək, mən hesab edirəm ki, Azərbaycan qanunlarına hörmətsizlikdir və bütövlükdə Azərbaycan mediasına, cəmiyyətinə hörmətsizlikdir. Ona görə də bu adamlar tapılmalıdır və cəzalarını almalıdırlar.“Bakı xəbər” qəzetinin baş redaktoru Ş Mətbuat Şurası İH-nin üzvü Aydın Quliyev:”Əvvəla qeyd edim ki, Azərbaycanda əmlaka belə formada ziyanın vurulması şəxsiyyət əleyhinə törədilən cinayətlərin ən pis formalarından biridir. Artıq 2-ci dəfədir ki, Asif Mərzilinin şəxsi əmlakına qarşı belə cinayət forması həyata keçirilir. Bir müddət bundan əvvəl evinin yandırılmasına cəhd edildi, sonra isə maşının yandırılması həyata keçirildi. Şəxsiyyət əleyhinə belə cinayətlər özlüyündə təhlükəlidir və qanunun ən sərt gücü ilə təbii ki, cəzalandırılmalıdır. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin mətbuatın inkişafına lazımı qədər dəstək verdiyi bir vaxtda, jurnalistə qarşı belə bir addımın atılması, onun təhlükəlilik və ağırlıq dərəcəsini bir neçə dəfə artırır. Bu cinayət sadə vətəndaşa qarşı yox, Azərbaycanda tanınmış bir qəzetin baş redaktoruna qarşı, jurnalistə qarşı törədilib. Ona görə də mən düşünürəm ki, hüquq mühafizə orqanları bu məsələnin araşdılmasında sona qədər maraqlı olmalıdırlar. Əgər bu hadisə Asif Mərzilinin peşə fəaliyyəti ilə bağlı olduğu aydınlaşarsa, onda bu cinayətin ağırlıq dərəcəsi bir neçə qat artmış olacaq. Çünki hazırda Azərbaycanda söz və mətbuat azadlığı vardır. Belə olduğu halda, jurnalistin peşə fəaliyyətinə görə belə cəza və qisas aktının həyata keçirilməsi yolverilməzdir. Bu, həm də Azərbaycanın dövlət nüfuzunun dünyada zədələnməsinə gətirib çıxardan bir faktdır. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Ümumiyyətlə, istər sadə vətəndaş olsun, istərsə də jurnalist, bir vətəndaşın əmlakına hər hansı şəkildə ziyan vurulursa, bu, artıq cinayət hadisəsidir və cinayəti törədən insanlar var. Mən arzu edirəm ki, cinayəti törədən insanlar qanun qarşısında məsuliyyət daşısınlar. İkincisi isə, əmlakı yandırılan Asif Mərzili kifayət qədər tanınmış jurnalistdir. Ona qarşı olunan bu cür hadisələri təbii ki, pisləyirik və hesab edirəm ki, hüquq mühafizə orqanları bu sahədə öz işlərini daha operativ və obyektiv şəkildə qurmalıdır ki, cinayət hadisəsinin üstü dərhal açılsın. Bilirsinizmi, bu cinayəti planlaşdıranların özlərinə məxsus fəaliyyət növü var. Təbii ki, hadisə baş vermişdirsə, bunun qarşısı alınmalı və araşdırılmalı idi. Nədənsə, araşdırılmayıb, mən onu deyə bilmərəm. Mən hesab edirəm ki, bu kimi faktlar cinayət işidir və cinayət işi də araşdırılmalıdır.Neftçilərin hüquqlarının müdaifə komitəsinin sədri Mirvari Qəhrəmanlı:”Mən hazırda xaricdəyəm, Asif müəllimə böyük hörmətimiz var. Ona görə də bu məsələyə bir sözlə cavab vermək istəyirəm: -Kişi davasını kişi kimi edər. Mal-mülkü yandırmaqla yox. Mən bu məsələyə fikrimi beləcə də yazıb, facebook səhifəmdə paylaşmışam.Tanınmış hüquqşünas Adəm Məmmədov:”Jurnalistin peşə fəaliyyəti ilə bağlı əmlakına ziyan yetirilməsi cəmiyyətdə çox neqativ bir haldır. Bir jurnalist kimi yaxın vaxtlarda məqalərlərində kimləri tənqid edibsə, onları gözdən keçirib, yaranmış cinayətin kimlərə məxsus olduğunu asanlıqla aydınlaşdırmaq olar. Ümid edirəm ki, bundan sonra günhakarları cəzalandırıb, həbs etmək olar. Belə məsələlərdə bütün jurnalistlər bir olmalıdır və bu cür məsələlər həm ictimailəşdirilməli, həm də gündəmdə qalmalıdır ki, hüquq mühafizə orqanları məsələyə dərhal reaksiya versinlər. Buradan belə çıxır ki, bu sifarişi verən və onu icra edən təhlükəli insanlar var cəmiyyətimizdə. Belə insanlar müəyyən olunmalı və həbs olunmalıdır ki, gələcəkdə bu kimi hallar təkrarlanmasın. Əgər bu cinayətin üstü açılmasa, onda bu, hüquq mühafizə orqanlarının qeyri-peşəkarlığını göstərəcək. Cəmiyyətdə insanlar arasında hüquq mühafizə orqanlarına qarşı bir inamsızlıq yaranar və belə bir fikir formalaşar ki, baş redaktorun əmlakına ziyan vuruldu, lakin hüquq mühafizə orqanları cinayətin üstün aça bilmədi. Evinin yandırmağa cəhd edilməsi və maşının yandırılması ehtimal olunur ki, cinayəti sifariş verənlər bir-biri ilə əlaqəlidir və ya eyni mərkəzdən idarə olunur. Mən hesab edirəm ki, əməliyyat istintaq tədbirinin nəticəsi müsbət olacaq. Lazım gələrsə, bu işin istintaqında zərərçəkən jurnalistə istənilən hüquqi yardımı etməyə hazıram…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler