Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aqrar Universitinde keçirilen elmi-praktik konfrans başa çatıb

05 Ekim 2016

9:00 am


05/10/2016 [12:58]: xeber –
Azərbaycan Dövlət Aqrar Universitində iki gün davam edən beynəlxalq elmi-praktik konfrans başa çatıb.ADAU-nun mətbuat xidmətindən bildirilib ki, yekun toplantıda universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çixış edib və deyib ki, hesab edirəm bizim konfrans alındı və biz milliyyətindən asılı olmayaraq alimlərin bir araya gəlməyini və ərzaq təhlükəsizliyi, eləcə də ətraf mühitin qorunması kimi ən vacib məsələləri araşdırmağını sübut etdik. Bu olduqca yaxşı haldır və siz iştirakçıların hər birinə təşəkkür edirəm.Konfransda iştirak edən və dünya miqyasında tanınan alimlər isə işin təşkilindən razılıq edib, Aqrar universitetin beynəlxalq konfrans təcrübəsini bəyəndiklərini söyləyiblər.Sonda ADAU ilə Namiq Kamal Universiteti arasında Türkiyə hökumətinin maliyələşdirdiyi Mövlanə proqramı, Moldaviya Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq protokolu və müqavilə imzalanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler