Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aqrar Universitetinde intellektual yarışlar davam edir – Fotolar

24 Ekim 2016

10:24 am


24/10/2016 [14:22]: xeber –
Azərbaycan Dövlət Aqrar Universitetində intellektual yarışlar artıq ənənə formasını alıb. Bu cür yarışlar tələbənin intellektul dünyasını zənginləşdirir, biliklərinin sınaqdan uğurla çıxması onlarda özünə inam yaradır. Məqsəd hə də intellektual tələbələri müəyyən edib şəhər, region və respublika yarışlarına cəlb etməkdir.ADAU-nun mətbuat xidmətinin məlumatına görə belə yarışlardan biri də Aqrar İqtisadiyyat fakültəsində keçirilib. Azərbaycanın Müstəqil Dövlət kimi dünya miqyasında yeri və nüfuzuna həsr olunan intellektual oyundan əvvəl Universitetin rektoru, professor İbrahim Cəfərov Dövlət Müstəqilliyin Azərbaycan tarixindəki əhəmiyyətli rolundan danışıb, ölkənin müstəqillikdən əvvəlki, bugünkü və gələcək vəziyyəti barədə öz fikirlərini bildirib və yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıb.3-cü kurs Xüsusi İstedadlar qrupundan Şamil Abbasov, 4-cü kurs Xüsusi İstedadlar Qrupundan Murad Əhmədov, 1-ci kurs magistr tələbəsi Ramil Hüseynli və Faiq Hüseynovun təşkilatçılığı ilə baş tutan yarışda 1-ci kursdan 16, 3-cü kursdan 2 toplamada isə 18 komandanın tərkibində 108 nəfər tələbə iştirak edib. 30 sualdan ibarət olan yarışa 2 saat vaxt ayrılıb və sonda 3-cü kurs maliyyə ixtisasının “Gladio” komandası 20 düzgün cavabla 1-ci yerə sahib olub. Hərəyə 19 düzgün cavab verən 1-ci kurs mühasibat uçotu və audit ixtisasının “Elprimero” və 1-ci kurs Xüsusi İstedadlar Qrupunun “Incredible Brains” komandaları üçün əlavə sual verilib və əlavə suala düzgün cavab verməklə “Elprimero” komandası 2-ci, “Incredible Brains” komandası isə 3-cü yeri bölüşüblər. Sonda 1-ci, 2-ci və 3-cü yeri tutan komanda üzvlərinə sertifikatlar və pul mükafatları verilib.Qeyd edək ki bu cür yarışlar ADAU-da davamlı olacaq. Bundan sonra digər fakültələrdə də yarışlar keçiriləcək və sonda hər fakültədən ilk 3-lük komandaları semestrin sonunda baş tutacaq ADAU kubokunda iştirak etməyə haqq qazanacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler