Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aqrar Universitetinde avro-analtik melumat merkezi deyirmi masa keçirilib

23 Haziran 2016

9:44 am


23/06/2016 [13:40]: xeber –
Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət, biznes, təşkilatlar və fərdlərin formalaşan elektron informasiya resurslarının qorunması; Kibertəhdilər, risqlər və problemlər” mövzusunda dəyirmi masa keçirilib.ADAU-nun mətbut xidmətindən verilən xəbərə görə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov və ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından və respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.“Neuron Technologies” şirkətinin kibertəhlükəsizlik departamentinin əməkdaşlarından Əlihüseyn Əliyev və Elşad Şiriyev təqdimatla çıxış edərək özəl qurumların və təhsil müəssisələrinin, təşkilatların və fərdlərin formalaşan elektron informasiya resurslarının qorunması üsulları və müdafiə vasitələri haqqında, eyni zamanda mövcud kibertəhdilər, risqlər və problemlər barəsində, o cümlədən təhsilin elektron idarə edilməsi sistemlərinin informasiya təhlükəsizliyi barədə iştirakçıları məlumatlandırıb.50 nəfərdən çox universitet əməkdaşının, tələbələrin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadilələri aparılıb, tədbir iştirakçıları mövzuya dair ətraflı məlumatlar əldə edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler