Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aqrar Universitetin rektoru fexri ada layiq görüldü

22 Haziran 2016

5:28 pm


22/06/2016 [21:27]: xeber –
Qazaxıstan Milli Aqrar Universitetində MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələri Rektorları Şurasının növbəti iclası keçirilir. Bir neçə gün davam edəcək şuranın işində 10 ölkədən 30 ali məktəbin rektoru, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin, Milli Aqrar Elm-Təhsil Mərkəzinin nümayəndələri, Qazaxıstanın aparıcı ali aqrar təhsil müəssisələrinin rektorları, Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat İnstitutlarının direktorları, təcrübə-sınaq təsərrüfatlarının, biliyin yayılması mərkəzlərinin rəhbərləri və kəndli sahibkarları iştirak edirlər. ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Qazaxıstan Milli Aqrar Universitetinin Elmi Şurasının 2016-cı il 29 mart tarixli (8 nömrəli protokol) qərarı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Həsən oğlu Cəfərov Fəxri Professor adına layiq görülüb və ona iyunun 22-də Rektorlar Şurasının geniş iclasında diplom tədqim olunub. Əlamətdar hadisə kimi qeyd edilməlidir ki, MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələri Rektorları Şurasının yaradılmasının 10 illiyinə həsr olunan iclası Azərbaycan Dövlət Aqrar Universitetində 2013-cü il aprelin 17-20 tarixlərində  keçirilib.Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri inkişaf edib, dünyanın müxtəlif ali təhsil müəssisələri ilə tədris və elm sahəsində əməkdaşlıq müqavilələri bağlanıb, həmin ali məktəblərlə tələbə-müəllim mübadiləsi genişlənib. Universitetin reytinqinin daha da yüksəldilməsi, ikili diplomların verilməsi istiqamətində tədbirlər həyata keçirilib.Qətiyyətlə demək olar ki, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti respublikanın ali təhsil müəssisələri sırasında öncül yerlərdən birini tutur. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler