Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aqrar Universitetde salınan dendroloji bağ Hesen Əliyevin adını daşıyacaq

11 Kasım 2016

1:16 pm


11/11/2016 [17:13]: xeber –
Azərbaycan Dövlət Aqrar Universitetinin aqranomluq fakültəsinin ərazisində, 1 hektara yaxın ərazidə salınan akademik Həsən Əliyev adına dendroloji bağda ağac əkininə başlanıb.ADAU-nun mətbuat xidmətində verilən xəbərə görə təhsil müəssisəsinin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun təşəbbüsü və xeyi-duası ilə salınan bağda hələ bir neçə gün əvvəl torpağın səthi hamarlanıb, daş və çınqıllardan təmizlənib, əkiləcək ağaclar üçün çalalar qazılıb. Bu gün isə ağac əkininə start verilib. Aqranomluq fakültəsinin müəllim, laborant və tələbə kollektivinin iştirak etdiyi ağacəkmə kompaniyasında torpağa ilk ağacı da rektor İbrahim Cəfərov əkib. Nəzərdə tutulan əraziyə qısa vaxt ərzində Cənubdan, Böyük və Kiçik Qafqazdan gətirilən 150-dən çox ağac əkilb. Daha 150 ağac isə yaxın günlərdə əkiləcək.Universitetin Bilogiya kafedrasının müdiri Zaur Hümmbətov deyib ki, bu bağ görkəmli alim, Azərbaycan təbiətinin bilicisi Həsən Əliyevin xatirəsinə salınır, burada 20 növdən artıq relikt və endem ağac əkilir.Yaxın bir neçə gündə isə bu bağda damcı suvarma sistemi də yaradılacaq. Salınan dendroloji bağ ekologiyanın sağlamlaşdırılması ilə yanaşı tələbələrin təcrübə sahəsi kimi də mühüm əhəmiyyət daşıyacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler