Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aprel hadiseleri Rusiyanın bize qurduğu resmi terror idi…”

29 Haziran 2016

2:04 pm


29/06/2016 [18:01]: xeber –
Xəbər verdiyimiz kimi dünən qardaş ölkə Türkiyədə növbəti terror aktı baş verib.  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sayt-a açıqlamasında bildirdi ki, Türkiyədə sabitliyi pozmaq istəyən qüvvələr hər zaman fürsət gözləyir:“Ölkədə balanslı siyasət aparanda yaxşı nəticə olmur. Ərdoğan bir vaxtlar İsrailə əl silkələdi sonra, gedib İsraillə barışdı. İsraili istəməyən qüvvələr istəmir ki, Türkiyə-İsrail yaxınlaşması baş versin. Türkiyə rəhbərinin apardığı səhv siyasət Rusiya ilə münasibətləri də korlayıb. Qərb heç zaman istəməz ki, Türkiyə-Rusiya yaxınlaşması olsun. Onlar buna imkan verməyəcəklər. Türkiyədə sabitliyi pozmaq istəyən qüvvələr hər zaman fürsət gözləyirlər. Ərdoğanın özü hazırda yanlış siyasət aparır, Atatürk idealarından imtina edən bu adam hazırda sağa-sola çırpınır. Ortada isə bir nəticə yoxdu. Mənim proqnozuma görə, Türkiyədə bundan sonra da terror hadisələri gözlənilir insanın bir sifəti olmalıdır. Kimləsə əmkdaşlıq edib sonra yarımçıq qoyanda ağır nəticələr olur. Dünyadakı super güclərin terrorçu qrupları var. Lazım olanda onları asanlıqla işə sala bilirlər.  Ərdoğan qarşısında Qərbin olduğunu fikriləşməliydi. Təsəvvür edin ki, böyük yeddilərin samitindən sonra Türkiyədə bu terror hadisəsi baş verdi. Türkiyə NATO üzvü olmasına baxmayaraq qurumun starteji xəttinə zidd addımlar atır. Nəticəsi isə göz qabağındadır. Bu gün bizdə də terror olur. Aprel hadisələri zamanı 100 dən çox hərbçimiz həlak oldu. Bu da Rusiyanın bizə qurduğu rəsmi terror idi. Ölkəmizdə də sabitliyi pozmaq istəyən qüvvələr var. Hakimiyyət daxilində milyarder terrorçular mövcuddur. Amma gördüyünüz kimi prezident İlham Əliyevin siyasəti nəticəsində bu insanları hələ ki, zərərsizləşdirmək mümkün olur.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler