Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aprel döyüşleri”nin tekrarlanması üçün real zemin yaranıb

05 Kasım 2016
6:44 am


05/11/2016 [10:42]: xeber –
Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bu barədə bildirilir.Məlumatda deyilir ki, cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir. Gündüz və gecə vaxtlarında döyüş vəziyyətinə maksimal uyğunlaşdırılmış şəraitdə keçirilən təlim məşqlərində bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulan tapşırıqları icra etməklə zirehli texnikalardan praktiki atışları yerinə yetirirlər. Heyət üzvlərində düşmənin döyüş texnikası barədə real təəssüratlar yaratmaq məqsədilə müxtəlif məsafələrdə quraşdırılmış hədəflər sırasında aprel döyüşləri zamanı məhv edilmiş erməni tanklarının korpuslarından da hədəf kimi istifadə olunur.Qeyd edək ki, gələn həftədən başlayaraq daha bir irimiqyaslı hərbi təlimlərə start veriləcək. Nazirliyin xəbərinə görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.Bu arada Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar dondurulub və prezidentlərin görüşü olmayacaq (Virtualaz.org). Müşahidəçilər hesab edir ki, Köçəryanın bu sözlərini İrəvanın danışıqlar prosesinə dair rəsmi mövqeyi də hesab etmək olar. Əslində belə bir mövqe gözlənilən idi. Çünki ATƏT-in Minsk Qrupu Bakı, İrəvan və Xankəndində görüşlər keçirib geri dönəndən dərhal sonra Ermənistan cəbhəboyu təxribatlara başladı və bu təxribatlar davam edir. Görünən budur ki, düşmən aprel döyüşlərindəki acı məğlubiyyəti unudub və ona həmin anları bir daha xatırlatmaq lazım gəlir. Xüsusilə də Rusiyadan aldığı “İsgəndər” raket kompleksləri Ermənistan rəhbərliyinin başını dumanlandırıb və artıq açıq şəkildə işğala məruz qoyduğu ölkəni təhdid edir. Hətta həmsədrlər yaxın vaxtlarda xarici işlər nazirlərini bir araya gətirib prezidentlərin görüş vaxtını müzakirə etmək istədiklərini dediyi halda, Köçəryanın simasında İrəvan danışıqlardan imtinanın anonsunu verir. İmtina isə hərbi əməliyyatlara “yaşıl işıq” deməkdir. Belə olan halda Azərbaycan Ermənistanın qeyri-konstruktivliyini xatırlatmaqla özünün ərazi bütövlüyünü təmin etməklə bağlı qəti qərarını verməkdə tam haqlı görünərdi. Ekspertlər də aprel əməliyyatlarının təkrarlanmasını istisna etmir.Gəlin, Ermənistan prezidenti Serj Sərksiyanın apreldəki mövqeyini xatırlayaq. Ordusu məğlub olan, işğal etdiyi yüksəklikləri itirən erməni prezident özünü o dərəcədə itirmişdi ki, hərbi əməliyyatları dayandırmaq istədiyini açıq şəkildə bildirmiş, Rusiyaya minnətçi düşmüşdü. Məhz bundan sonra prezident Putin üç günlük sükutu pozub atəşkəs razılaşmasına nail oldu. Həmçinin Sərkisyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə ürkək formada bütün hərbi birləşmələrin 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtması barədə “şərt”ini səsləndirmişdi. Sonrakı dönəmlərdə Sərkisyanın “dil”i bir az da uzandı və hərbi ritorikaya üstünlük verdi.O zaman erməni prezident demişdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazırdır. Bunu bir neçə gün əvvəl rusiyalı ekspertlər də xatırladaraq bildirdilər ki, o zaman Sərkisyan sülh razılaşmasına hazır imiş, lakin sonrakı proseslər İrəvanın mövqeyində dəyişikliklərə səbəb oldu. Hətta S.Sərkisyan Təhlükəsizlik Şurasını yığıb Azərbaycan öz qoşunlarını aprelin 2-dən əvvəlki mövqelərə çəkməyənə qədər İrəvanın danışıqlardan imtina edəcəyini elan etmişdi. Ancaq cəmi bir neçə həftə sonra erməni prezident danışıqlar masası arxasında oturdu.Ermənistanla Azərbaycanın münaqişənin həllinə baxışlarındakı fərq ortadadır. İrəvanın mövqeyindən yuxarıda bəhs etdik. Azərbaycana gəldikdə, həmsədrlər Bakıdakı müzakirələrdən sonra açıqlamışdılar ki, prezident İlham Əliyev erməni həmkarı ilə görüşməyə hazır olduğunu deyib. O zaman Azərbaycan rəhbərliyi kifayət qədər konstruktiv mövqe sərgiləyərək bildirmişdi ki, Ermənistan tərəfi də razılıq versə, prezidentlərin növbəti görüşünün yerini, vaxtını dəqiqləşdirmək olar. Prezident bütün baş verənlərə rəğmən, Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ ermənilərinə yüksək status vədi də verdi. İrəvan isə Bakının bu mesajlarına təmas xətti boyu atılan mərmilərlə cavab verdi. Sonuncu sözü də Ş.Köçəryandan eşitdik.Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, cəbhədəki aprel hadisələrindən sonra Qarabağla bağlı bizim gözləntilərimiz məhz beynəlxalq qurumların bu məsələdə tutduqları qeyri-səmimi mövqeyə görə baş tutmadı: “20 ildən artıq müddətdə bu qurumlar sən demə, elə-belə vaxt keçirməklə, işğalçını müdafiə etməklə məşğul imişlər. Doğrudur, biz ictimaiyyət və mətbuat olaraq son bir neçə ildə bu məsələni dilimizə gətirsək də, rəsmilər çalışırdılar ki, bir qədər diplomatik şəkildə bunu ifadə etsinlər. Artıq hər kəsə bəlli olan odur ki, nə BMT, nə ATƏT-in Minsk Qrupu Qarabağla bağlı ölkəmizin haqq işini konkret əməldə nə müdafiə etmir, nə də, bədnam qonşularımızı öz həyasız əməllərindən əl çəkməyə məcbur etmir. Hətta ölkə başçısı, xarici işlər və müdafiə nazirləri səviyyəsində də narazılıq açıq şəkildə səsləndirilir və tələb olunur ki, nəhayət, Qarabağla bağlı status-kvonun dəyişdirilməsi ilə bağlı addımlar atılsın. Bu, baş vermədiyinə görə, Azərbaycan dövləti məcburdur ki, öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırsın, önun torpaqları məhz güc amili ilə azad etmək üçün praktiki vərdişlərini daha da cilallasın”. Ü.Cəfərov qeyd etdi ki, noyabrın 12-dən 18-dək keçiriləcək növbəti hərbi təlimlər də məhz bu məqsədlə xeyli əvvəl planlaşdırılmış tədbirdir, son hadisələrlə əlaqədar deyil: “Bunun son vaxtlar cəbhədə gərginləşən vəziyyətlə əsla əlaqəsi yoxdur və ordumuzun 2016-cı il üçün döyüş hazırlığı planının tərkib hissələrindən biri sayılan təlimlərdir. Baxmayaraq ki, ermənilər və havadarları öz təxribatçı əməllərinə don geyindirmək, hərəkətlərini pərdələmək üçün Silahlı Qüvvələrin bu təlimlərini də artıq öz ağılları çərçivəsində hallandırmağa başlayıblar. Lakin bu, əsla əlaqəsi olmayan bir hərbi tədbirdir. Sözsüz ki, təlimlərin gedişində ali komandanlıq tərəfindən istənilən qərar qəbul edilə bilər, amma unutmaq lazım deyil ki, bu sayda, bu masştabda təlimlər uzun müddət hazırlanır və qoşunların, şəxsi heyətin hər şeylə təmin olunması məsələləri aylarla əvvəlcədən hazırlıq tələb edən bir ağır işdir”.Ü.Cəfərli də o fikirdədir ki, düşməni islah etməkdən ötrü növbəti bir hərbi əməliyyata gərək olacaq: “Çünki bizim səbrimiz sonsuz deyil və torpaqların əbədi işğalda qalması ilə heç zaman razılaşmayacağıq. Ona görə də işğalçı ağlını başına yığıb torpaqların işğalına son verməlidir. Əks halda cavab reaksiyası çox amansız olacaq. Bunun üçün Azərbaycanın hər cür imkanları var. Hər kəs bilsin ki, Azərbaycanın Silahlı Qüvvələri növbəti dəfə hərbi əməliyyatlara başlasa, bunu nə  ATƏT, nə Rusiya nə də ABŞ dayandıra biləcək. Düşmən daha da azğınlaşır, yeni silahlar əldə edir və Azərbaycanı yer üzündən silmək istədiyini deyir. Onlarda nə silah olursa olsun, Azərbaycan  müstəqil dövlət olaraq öz hüququnu qorumalı, nə lazımdısa onu da etməlidir”.Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində Ermənistanın siyasəti yeni bir hərbi əməliyyatları zəruri edir: “Rəsmi İrəvan bir tərəfdən müharibədən qorxur, digər tərəfdən əlindən gələn hər şeyi edir ki, istəmədiyi müharibə başlasın. Ermənistan hakimiyyəti və cəmiyyəti öz taleyi ilə faktiki “rus ruleti” oynayır. Dağlıq Qarabağ separatçıları isə ağalarından geri qalmırlar. Separatçıların lideri Bako Saakyan noyabrın 3-də Vitaliy Balasyanı “Təhlükəsizllik Şurasının” katibi təyin edib. Balasyan tanınmış qatillərdən biridir, Əsgəranda anadan olub, Azərbaycan kəndlərinə hücumlarla və törətdiyi qətllərlə tarixə keçib. Bu şəxs açıq deyir ki, Azərbaycanla danışıqlar aparmaq lazım deyil. Yəni bu cür şəxsləri anlatmağın bir yolu var, o yol da bəllidir. Rəsmi İrəvan indi də yeni hiyləyə əl atıb. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara “hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır”. Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyanda eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə “ağıllarına” gələn “danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub. Bununla İrəvan iki məqsəd güdür. Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin “yox” cavabı həlledici olacaq. Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir. İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez “danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var” deyir. Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır. Azərbaycan ordusu bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır. 60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır”Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Qarabağ məsələsinin həllinə ümid olmadığını, danışıqların aparılmasının mənasız olduğunu demişdilər. Azərbaycan rəsmi qaydada həmsədrlərin bu mövqeyinə etirazını bildirmişdi. Hətta prezident qapalı danışıqlarda Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində təzyiqlərin olduğunu da açıqlamışdı. Ermənistandan gələn bəyanatlar onu deyir ki, təzyiqlər ərazi işğal edənə yox, işğala məruz qalana qarşı yönəlib. Üstəlik, mütəmadi olaraq “tərəflər razılığa gəlməlidir” tipli bəyanatlar verilir. Həmsədrlər kənara çəkilirsə, İrəvan danışıqlardan imtina edib ərazilərimizdə möhkəmlənməkdə davam edirsə, onda Azərbaycanın bir yolu qalır: müharibə. Daha doğrusu, beynəlxalq hüquqa əsasən torpaqlarını işğaldan azad edib BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etmək.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler