Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aprel döyüşlerinin sonuncu şehidi: “Darıxdım, balamı isteyirem…”

20 Temmuz 2016
6:48 am


20/07/2016 [10:46]: xeber –
sayt Aida Eyvazlının yazsısını təqdim edir:O gənc gəlin, indi sevdiyini, başının tacını, ona sona qədər yol yoldaşı olmayan həyat yoldaşını axtaranda Sumqayıtdakı Şəhidlər Xiyabanına gedir. Qucaqlayır başdaşını, ağlayır, yaman ağlayır.Hələ 1994-cü ildə Bakıdakı Şəhidlər Xiyabanına gedəndə də bir sarı saçlı gözəlin başdaşını qucaqlayıb ağladığını görmüşdüm. İndi Aynuru da elə gördüm. Aprelin əvvllərindəki döyüşlərdə həlak olmuş gənc sevgilisi, 4 yaşlı oğlu Aminin atası Seymur Baxışovun başdaşını qucaqlayıb ağlayırdı…Hələ 1994-də bu şeiri yazmışdım:Əhdinə vəfalı gözəl,Nə yanığlı ağlayırsanGöz yaşınla mərmər daşın,Ürəyinmi dağlayırsan.Daşa dönmüş o şəkiliBağrına basdığın bəsdir,Səsini eşidən deyil,Nə danışsan da əbəsdir.Qucaqlayıb baş daşınıTellərin yaman ağlayır.Dərdin köksündə hönkürür,Diləyib aman ağlayır.Bir tumara həsrət qalan,Tellərinin tumarı yox.Nə zamandır dərdlərinin,Səngiməyi, xumarı yox.Sevgilin daşa dönəndən ,Daşlara saldın meylini,Daha daşlara söylərsən,Hər dərdini, gileyini.Baxışovlar ailəsi ilə söhbətimin davamını evlərində etdim. Şəhid Seymur Baxışovun iyulun 12-si 29 yaşı tamam oldu. Ailə üzvləri həmin gün məzarlığa bir daha doğum gününü qeyd etməyə gəldilər. Daşla danışdılar, daşa dönmüş Vətənin bir parçasına baş əydilər.Seymur 1987-ci ildə Sumqayıtda doğulmuşdu. Köhnə Sumqayıtda yaşayırdı. Onların yaşadıqları 4-cü mikrorayon əslində köhnə sumqayıtlıların yurd yeridir. Bu məhəllə və mikrorayonda yaşayan sumqayıtlılar Sumqayıtı qurub-tikənlərdirlər. 4-cü mikrorayon həm də fəhlələrin yaşadıqları ünvandır. Seymurun atası Qulamhüseyn kişi və anası Zemfira xanım da hərbçidirlər. Böyük qardaşı Samir də hərbçidir. Bu ailə Azərbaycan Ordusuna könül verənlərdəndir. Ancaq indi ata-anası təqaüdə çıxıblar. Qardaşı Samir Baxışov isə bu gün də Azərbaycan Ordusunun zabitidir. Seymur Baxışov cəbhədən ən gec qayıdan şəhid oldu. Onu bütün Azərbayacn intizarla gözlədi.Anası Zemfira Baxışova:- Aprelin 3-dən sonra oğlumla əlaqə qura bilmədik. Lakin son günə qədər, tabutu bu evə gələnə kimi ürəyimdə bir ümid, bir işıq var idi. Fikirləşirdim ki, erməni tərəf bəlkə əsir götürüb, yəqin ki dövlətimizin səyi sayəsində yaralı da olsa, qaytarılacaq…Bacısı Səbinə Baxışova:- Seymur evimizin kiçiyi idi. Ancaq sevincli anlarımızın çoxu onunla bağlıdır. Əsgərliyini çəkib gələndən sonra, 2006-cı ildə hərbi xidmətə getdi. O gündən sonra bizim də firavan günlərimiz başladı. Biz kasıb yaşamışıq. Ancaq mərd yaşamışıq. Və Seymur aldığı aylıq əmək haqqı ilə hamımızı sevindirməyə başladı. Bir də gördün ki, anama və mənə bahalı palto alıb gətirib. Böyük qardaşıma əl yetirirdi. Qazancı o qədər bərəkətli oldu ki, hamımıza çatdı. Hətta mənə ev tikməyə də kömək etdi. Seymur bizim sevinc mələyimiz idi.2009-cu ildə isə onu evləndirdik. Noyabrın 8-də toy elədik. Aynurla Seymura baxanda özümü lap xöşbəxt hiss edirdim. Bu iki cütlük bir-birinə qoşa göyərçinlər, qumrular kimi bağlanmışdılar. İtkin xəbəri çıxandan sonra, qohum-əqraba, dost tanış gəlib-gedirdi evimizə. Kimsə “həlak oldu, erməni tərəfindədir hələ” deyəndə, az qalırdım həmin adamı parçalayam. Evdə hamımız havalı kimi idik. Böyük qardaşım hərdən “özünüzü ələ alın, hazır olun…” deyəndə, sözünü ağzında kəsirdim. Barışmaq istəmirdim, eşitmək istəmirdim.Aprel ayının 18-də qardaşımı gətirdilər. Ancaq tabutu açmağa qoymadılar. Xatirimdə sağ görünüşü ilə qalıb. Onu ölmüş vəziyyətdə təsəvvür edə bilmirəm. Bu gün də qardaşımın yoxluğunu qəbul etmirəm.Anası Zemfira xanım:- Gözüm elə qapıdadır. Elə bilirəm ki, girəcək içəri, yenə evimiz işıqla, sevinclə dolacaq. Yəqin ki, öldüyüm günə qədər gözüm onu son dəfə salamat yola saldığım qapıda qalacaq. Oğlu Amin əvəllər dəcəllik edərdi. İndi isə atasının adını çəkəndə hirslənir. Elə bilir ki, onu atıb gedib. Daha heç bir reaksiya vermir, heç kimdən soruşmur atasını. Ancaq hərdən “ana, mən şəhid oldum” mahnısını oxuyur. Bilmirəm, haradan, nə zaman öyrəndi bu mahnını. Oturub ailə üzvləri birlikdə xatirələrimizi danışırıq, bir-birimizə sual veririk ki, niyə belə oldu… Cavab tapa bilmirik.Səbinə qardaşından danışanda gözlərində bir işıq, bir sevinc oyanır. Elə bil ki, bu dəqiqə qapını açıb içəri girəcək qardaşını gözləyir. İstəmir, inanmır Seymurun yoxluğuna.Xanımı Aynur Seymurun səs yazısını dinlədir mənə. Onunla sonuncu dəfə danışdığı səs yazısı da qalıb telefonunun yaddaşında, başqa səs yazıları da var. Təhərindən-tövründən anlayıram ki, bu taleyi kəm, bəxti yarımçıq gəlin indi Seymurun səsinə sığınıb, gecələr tək qalanda onun səsini qucaqlayır, səsini bağrına basıb, ağlayır, hönkürür… Seymur isə daha başqa heç nə danışmır. Elə aprelin 1-nə qədər dediklərini təkrar edir.Gözlərində bir dünya kədər-qəm var. Adama elə gəlir ki, o gəlinin gözlərini sevinc birdəfəlik tərk edib.Şəhidin xanımı Aynur:- Cürbəcür şayiələr gəzirdi ki, Seymurun bədəni tanınmaz haldadır, bəlkə də özü deyil. Lakin mənə məhkəmə tibb ekspertlərinin çəkdikləri şəkilləri göstərdilər. Seymurun bütün bədən əzaları yerində idi. Atılan mərmi bronjiletinin açıq olan hissələrindən sağ və sol böyrünu yaralamışdı. Aldığı yaralardan və qanaxmadan dünyasını dəyişmişdi. Buna görə çox rahatam ki, Seymurun bədənini 20 gündən sonra dövlətimiz bizə bütöv qaytarmağa müvəffəq oldu. Ancaq bilmirəm ki, aprelin 1-də nə baş vermişdisə, Seymuru yola salanda dedim ki, “mənə söz ver ki, mütləq qayıdacaqsan”, o isə “əlbəttə” söylədi. Yoldan mənə telefon mesajı da göndərdi…Gizir Seymur Qulamhüseyn oğlu Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbində oxuyub. Atası Qulamhüseyn Baxışov istəyir ki, oğlunun oxuduğu 14 saylı orta məktəb indi Seymurun adını daşısın.Şəhidliyindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı indi Seymurun şəxsi əşyalarının içərisindədir. O şəxsi əşyaların içərisində qəlpələrə sinə gərən “Azərbaycan Respublikasının vətəndaşı” pasportunun üzlüyü də var. Balaca Amin hələ bunların fərqində deyil, uşaqlar bəzən unudurlar… Amin isə incidiyindən unutmaq istəyir. Gözlədiyi atasının gəlmədiyini görüb və gözlərini yoldan çəkib. Böyüyəndə biləcək ki, indi Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın qəhrəmanlıq tarixini yazanların sırasında onun atası, heç vaxt 30 yaşını qeyd eləməyəcək Seymur Baxışov da var.Gözləri qapıdan yığılmayan Zemfira xanım oğlundan sonra qaməti bükülən Qulamhüseyn kişi, sevgisinə həsrət qalan Aynur isə axtardıqları sualların cavabını onda tapacaqlar ki, uğrunda canları qurban gedən şəhidlərin qanı alınsın, Vətənin bütün torpaqları geri qaytarılsın. O zaman Xəzərlə üzbəüz yerləşən Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyan Şəhidlərimizin də ruhu bayram edəcək!(modern.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler