Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aprel döyüşlerinde ziyan çeken mekteblerin şagirdleri imtahan vermeyecekler

Genel 18 Haziran 2016

1:52 pm


18/06/2016 [17:51]: xeber –
Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad olunub.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən sayt-a verilən məlumatda bildirilir ki, 2016-cı ilin aprel ayı ərzində baş verən hadisələr ilə əlaqədar Ağdam, Goranboy və Tərtər rayonlarının cəbhə xəttinə yaxın yerləşən bəzi məktəblərində tədris prosesi pozulub. Yaranmış vəziyyət nəzərə alınaraq Təhsil Nazirliyinin təklifi və Nazirlər Kabinetinin razılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Ağdam rayonu üzrə 23, Tərtər rayonu üzrə 21, Goranboy rayonu üzrə 5 məktəbin IX və XI siniflərində təhsil alan 1652 şagirdi buraxılış imtahanlarından azad edilib.Bu məzunların ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək. Ali təhsil müəssisələrinin V ixtisas qrupu və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən məzunlar isə buraxılış imtahanında mütləq iştirak etməlidirlər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler