Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aprel döyüşlerinde şehid olmuş gizirmizin xatiresi yad edilib – Fotolar

28 Temmuz 2016

12:00 pm


28/07/2016 [15:57]: xeber –
Aprel
döyüşlərində qəhrəmancasına şəhid olmuş kəşfiyyatçı gizir Səfərov Elmidar Səlimxan
oğlunun xatirəsi doğum günündə yad edilib.

Şəhid
gizirin doğum gününə həsr edilmiş anım tədbiri onun böyüyüb və dəfn olunduğu Neftçala
rayonunun Aşağı Qaramanlı kəndində keçirilib. Rayon səviyyəsində təşkil olunmuş
anım tədbirində rayon rəhbərliyi, Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon
Hərbi Komissarlığını nümayəndələri, şəhidin komandirləri, hərbçi yoldaşları, dostları,
oxuduğu məktəbin müəllim və şagird kollektivi, respublikanın müxtəlif yerindən
gəlmiş qonaqlar iştirak ediblər.

Tədbir şəhid
gizirin məzarının ziyarəti ilə başlayıb. Şəhidin məzarı başında onun ruhuna
dualar oxunub, onu tanıyanlar xoş xatirələrini danışıblar, ürək sözlərini çatdırıblar.
Şəhidin döyüş yoldaşları son damla qanları bahasına olsa belə Elmidarın, eləcə
də Azərbaycanın ərazi bütövlüyündə canından keçmiş bütün şəhidlərimizin  qanını yerdə qoymayacaqlarına and içiblər.   

Anım tədbiri
daha sonra şəhidin yaşadığı evin həyətində qurulmuş böyük mağarda davam edib.
Yüksək səviyyədə təşkil olunmuş təbiri giriş sözü ilə tədbirin aparıcı açıq
elan edib və şəhid gizirimin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs
edən çıxış nitqini oxuyub. Bu zaman qeyd olunub ki, Milli Ordunun giziri
Elmidar Səfərov strateji əhəmiyyətli obyektlərin araşdırlmasında misilsiz
xidmətləri olub. Düşmənin silah-sürsat və hərbi sirr kimi gizlədilən
məlumatlarını çox peşəkarlıqla ələ keçirib. Xidməti zamanı bunlara görə çoxlu
sayda fərqlənmə nişanları, təşəkkürnamələr qazanıb. Aprel döyüşlərində məhz
onun daxil olduğu kəşfiyyat bölümü düşmənin içərisinə girərək strateji
əhəmiyyətli yüksəkliklərin alınmasına nail olub. Bu qələbədə onun bir
kəşfiyyatçı kimi böyük payı, misilsiz xidmətləri olub.

Daha sonra şəhid
gizirin qərəmanlıqla dolu döyüş yolundan, döyüş xatirələrindən daha geniş
danışmaları üçün söz Elmidar Səfərovun döyüş yoldaşlarına verilib. Çıxış edən
döyüş yoldaşları Elmidar Səfərov kimi bir oğulu tandıqlarından nə qədər şad
olduqlarını bildirsələr də, onun şəhid olduğuna bir o qədər üzüldüklərini
vurğulayıblar. Qeyd ediblər ki, Elmidar kimi kəşfiyyatçı, qorxmaz oğul
Azərbaycanın Milli Ordusuna bundan sonra daha çox lazım idi. Onun təcrübəsindən
torpaqlarımızın işğaldan azad edilməsində istifadə edilə bilərdi. Döyüş
yoldaşları Elmidar Səfərovun şəhid olmasının təkcə onlar üçün yox, bütünlükdə
Azərbaycan Ordusu üçün böyük itki olduğunu qeyd ediblər.

Döyüş
yoldaşlarından sonra Elmidar Səfərovun müəllimləri, babası, dayısı, əmisi çıxış
ediblər. Müəllimi və qonşusu olmuş Əli Niyaz müəllim çıxışı zamanı Elmidarın
necə vətənsevər, qorxmaz, sakit və tərbiyyəli bir şagird olmasından danışıb. O,
bildirib ki, Elmidar Səfərovun müəllimi olduğuna görə fəxr edir. Elmidarın Azərbaycan
çempionu olacağını ümid edən müəllimi vurğulayıb ki, şəhid gizirimizin
qəhrəmanlıq dastanı bu gün Aşağı Qaramanlı məktəbində təhsil alan bütün
şagirdlərə nümunə olmalıdır. Hər bir şagird vətəni ən azı Elmidar Səfərov kimi
sevməyi öyrənməlidir.  

Şəhidin doğmaları
öz çıxışlarında Elmidar Səfərovun xatirəsinə həsr edilmiş şərəfli anım
tədbirini təşkil edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı başda olmaqla,
hər kəsə böyük minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, bu tədbirin
təşkil olnması onların övladlarına verilən yüksək dəyərdir və bu dəyəri
verənlərə təşəkkür ediblər.

Çıxışlar
yekunlaşdıqdan sonra  Elmidar Səfərovun
11 il təhsil aldığı məktəbin şagirdlərinin ifasında qəhrəman şəhidimizin döyüş
yoluna həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunub. Şagirdlər Elmidarın
ruhuna, eləcə də Azərbaycana, Vətənə, torpağa, Qarabağa, şəhidlərimizə həsr
olunmuş şeirlər oxuyublar.

Qeyd edək
ki, şəhid gizirimiz Elmidar Səfərov yaşasaydı,24 yaşını qeyd edəcəkdi.

Allah rəhmət
eləsin! Rumiyyə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler