Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aprel döyüşlerinde qaçan ermenilerden xeber var…

Genel 17 Haziran 2016

6:32 pm


17/06/2016 [22:28]: xeber –
Aprel döyüşləri zamanı Azərbaycanın işğal olunmuş ərazilərinin bir qismini tərk edən sadə ermənilər geri qayıtmayıb. Ermənistanın “Aykakan jamanak” qəzeti insanların əksəriyyətinin İrəvana və xarici ölkələrə getdiyini yazıb.Əhalinin müəyyən hissəsi isə işğal olunmuş Şuşa və Xankəndində yerləşib. Hökumət nümayəndələri nə qədər məcbur etsə də, əhali geri qayıtmaqdan imtina edir. “Onlara çoxlu vəd verirlər, hətta kompensasiya ödəyəcəklərini deyirlər, bir də müharibənin olmayacağını bildirirlər. Hökumət istəyir ki, insanlar qayıdıb kənd təsərrüfatı ilə məşğul olsun. Lakin bütün vədlərə rəğmən gedənlər qayıtmaqdan imtina edir. Hökumət nümayəndələri sonuncu dəfə Şuşaya yerləşmiş əhali ilə görüşüb. Onlar da geri qayıtmaqdan imtina ediblər”, – deyə qəzet yazıb. Qəzet qeyd edib ki, hökumət nümayəndələri əhalini geri qaytarmaq üçün hədə-qorxu variantına da əl atır. Lakin hər şeyə rəğmən, heç kim qayıtmaq istəmir.(Publika.az )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler