Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aprel döyüşlerinde iştirak edenler eve gönderildi – Fotolar

05 Ekim 2016

9:40 am


05/10/2016 [13:38]: xeber –
Həqiqi hərbi xidmət müddəti başa çatan əsgər və zabitlərin bir hissəsi ordudan ehtiyata buraxılıb.sayt xəbər verir ki, Tərtər şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında əsgələrin yola salınma mərasimi keçirilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb.Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb.Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan əsgərlərə tərtərlilərin minnətdarlıq edib.Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edilib.Qeyd edək ki, ehtiyata buraxılan hərbçilərin hamısı aprel döyüşlərində iştirak edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler