Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aprel döyüşlerinde helak olan şehidin baş daşı qalmaqalına son qoyuldu

12 Temmuz 2016

9:44 am


12/07/2016 [13:43]: xeber –
“Aprel döyüşlərində şəhid olan Elvin Mirzəyevin qəbrinin üstü bu gün qoyulacaq”. sayt bildirir ki, bunu aznews.az-a açıqlamasında şəhidin qardaşı Namiq Mirzəyev deyib. O qeyd edib ki, E.Mirzəyevin qəbrinin üstünün düzəldilməsini Xaçmaz Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb: “Dünən icra hakimiyyəti bizim ailəni qəbul edib Elvin Mirzəyevin təltif olunduğu medalı ailə üzvlərinə təqdim etdi. Orada bütün ailə üzvləri iştirak etdilər. Dünən yüksək səviyyədə bir görüş keçirildi. İcra başçısı bildirdi ki, qəbrin üstü bu gün qoyulacaq”. Bəs Xaçmaz rayonundan olan digər şəhid Elvin Qayıbovun məzarının üstünün nə vaxt göyulmasına gəlincə N.Mirzəyev bundan məlumatsız olduğunu dedi: “Yəqin ki, bunu onların ailələri daha dəqiq bilər”. Qeyd edək ki, aprel döyüşlərində həlak olan Xaçmaz rayon sakinləri Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbir daşları bu günə kimi qoyulmayıb. Bu isə mətbuatda ciddi müzakirə mövzusuna çevrilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler