Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aprel döyüşleri zamanı tibb xidmeti yüksek seviyyede teşkil olunub”

15 Temmuz 2016

4:24 pm


15/07/2016 [20:22]: xeber –
Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisləri, hospitalların komandirləri, baş tibb mütəxəssisləri, Əlahiddə Ümumqoşun Ordu və birliklərin tibb xidməti rəisləri, təhsil müəssisələrinin cavabdeh zabitləri ilə 2016-cı ilin birinci yarımilliyinə həsr olunmuş toplantı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən sayt -a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həyətində ulu öndər Heydər Əliyevini ziyarət ediblər. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun iştirak ilə keçirilən toplantı dövlət himninin oxunması, Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. General-polkovnik N.Sadıkov əvvəlcə iştirakçıları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından salamlayaraq cari ilin aprel ayında cəbhə bölgəsində aktiv döyüş əməliyyatları getdiyi dövrdə tibb xidmətinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunduğunu və bu sahədə həkimlərin peşəkarlığını xüsusi qeyd edib. Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi etimadı doğrultmaq üçün tibb xidməti zabitlərinin də qarşısında mühüm vəzifələrin dayandığını vurğulayan Baş Qərargah rəisi, Müdafiə nazirinin müvafiq tövsiyələrini onların diqqətinə çatdırıb. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev tibb sahəsinə xüsusi diqqət ayırdığı və onların fəaliyyətini yüksək qiymətləndirdiyi üçün ordu rəhbərliyinə dərin təşəkkürünü bildirərək hesabat dövründə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Ötən yarım ilin yekunlarına həsr edilmiş toplantı tibb mütəxəsislərinin çıxışları və müzakirələrlə davam edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler