Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Anti-korrupsiya idaresinin prezident yanında fealiyyeti neyise deyişmeyecek”

14 Ekim 2016

12:40 pm


14/10/2016 [16:37]: xeber –
Parlamentin bu gün
keçirilən iclasında millət vəkilləri Fərəc Quliyev və Qüdrət Həsənquliyev
maraqlı təkliflə çıxış edib. Millət vəkilləri bildirib ki, Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prezidentə tabe olan müstəqil qurum
kimi fəaliyyət göstərməsi daha məqsədəuyğun ola bilər.

Maraqlıdır,
anti-korrupsiya idarəsinin baş prokurora deyil, prezidentə tabe olması
korrupsiyaya qarşı mübarizə baxımından nəyisə dəyişə bilərmi?

sayt-a açıqlama
verən hüquqşünas Əyyub Kərimov belə bir dəyişikliyə lüzum görmədiyini
vurğuladı:

“Hesab edirəm ki, bu
idarənin prezidentin tabeçiliyində olması əməli baxımdan nəyisə dəyişməyəcək.
Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyası var. Ramiz Mehdiyev də
bu komissiyanın sədridir.

Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsi müsstəqil idarə ola bilər. Lakin yenə də həmin idarədə
istintaq işlərini prokurorluq həyata keçirəcək. Onun prezidentə tabe olması nəyisə
dəyişmir. Bu qurumun kimə tabe olmasından, hansı ad daşımasından asılı
olmayaraq korrupsiyya qarşı mübarizə apamalıdır. Önəmli olan budur. Onsuz da
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi gördüyü işlərlə bağlı baş prokurora
hesabat verir. Əgər onun fəaliyyətində hansısa qüsurlar, çatışmazlıqlar varsa,
prezident bununla bağlı öz iradlarını ortaya qoya bilər. Lakin bu idarənin baş
prokuror deyil, prezidnt yanında fəaliyyət göstərməsi heç nəyi dəyiməyəcək”.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler