Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ANS TV-nin bazasında yeni TV fealiyyete başlayacaq?

01 Ağustos 2016

12:00 pm


01/08/2016 [15:58]: xeber –
Qaynarinfo informasiya portalı tezliklə ASAN TV- nin fəaliyyətə
başlayacağı barədə xəbər yayıb. Xəbərdə qeyd
olunub ki, yeni telekanal ASAN TV adlanacaq və kanalın təsisçisi qismində
“Asan-Xidmət” olacaq. Yeni telekanalın fərqli məkanda fəaliyyətə
başlayacağını bildirən mənbə, ANS TV-nin bir çox rəhbər kadrlarına yeni
telekanalda vəzifə təklif olunacağını da deyib.

 

Sputnik-in sorğusuna cavab verən
“ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov  bu məsələyə aydınlıq gətirib: 

“Biz tərəfdən
ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi formada hər hansı məlumat
açıqlanmayıb. Odur ki, ANS TV-nin bazası əsasında ASAN TV-nin fəaliyyətə
başlayacağı barədə məlumatlar həqiqəti əks etdirmir.”

 

Xatırladaq  ki,
ANS telekanalının yayımı MTRŞ-nin şikayəti əsasında dayandırılıb. ANS TV-nin
ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Türkiyədə 15 iyul-da baş verən dövlət
çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülənlə müsahibəsinin anonsunun efirə
getməsi MTRŞ-ni bu addımı atmağa vadar edib. İyulun 29-da
Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda
ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS rəhbərliyi
bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət
edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler