Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ANS-in tanınmış aparıcısı metbuat katibi teyin edildi…

08 Ekim 2016

6:04 am


08/10/2016 [10:02]: xeber –
ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni işə başlayıb. Tanınmış jurnalist “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi təyin edilib. Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti dayandırılmazdan təxminən bir ay əvvəl – bu il uyunun 16-da qalmaqalla tərk edib. O, ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə dalaşmışdı. Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. “Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.Səhmləri dövlətə məxsus olan ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovdur.(Musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler